Qərb qadınlarını İŞİD-ə aparan ilginc yol
Avropalı ekspertlər dəhşət içində – qadınları saxlamaq olmur…
Ökə
və dünya mediası demək olar ki, hər gün İŞİD-ə qoşulan qadınlar barədə
xəbərlər yayır. Hər birinin bu addımla bağlı fərqli arqumenti və həyat
hekayəsi var. “Yeni Müsavat” bu sayından etibarən sizi o qadınların
hekayəsi ilə tanış edəcək.
Səhər saat 5 radələri… 3 gənc qız – birinin 15, digərinin 16,
üçüncüsünün 17 yaşı var. Üçü də eyni gündə dərsə gəlmir, məktəbə isə
xəstələnmələri barədə xəbər göndərirlər. Valideynlərindən ümumi olaraq 2
min dollar oğurlayır, şəxsiyyətlərini təsdiqləyən sənədləri götürür və
aeroporta yola düşürlər. Onları uzun bir yol gözləyir – Kolorado
ştatından Almaniyaya, ordan Türkiyəyə, ordan da Suriyaya. Məqsədləri
İŞİD-ə qoşulub, terrorçulara yardım etməkdir. Amma bu üçlüyü FBR-in
Almaniyadakı nümayəndələri yaxaladığı üçün məqsədlərinə çata bilmirlər.
isə göstərir ki, təkcə Almaniyadan İŞİD-ə qoşulmaq üçün gedən 378
“şəhid xanım”ın böyük əksəriyyətini miqrant ailələrin qızları təşkil
edir. 54 qız İslamı qəbul etmiş alman olub. Təxminən üçdə biri isə 21-25
yaşlarındadır. İŞİD-ə qoşulan qızların cəmi 12 faizi “radikallaşmadan”
öncə iş yerlərinə sahib olublar. Amma bu işli-güclü xanımların da
əksəriyyəti qeyri-leqal bizneslə məşğul imişlər. Böyük əksəriyyəti
təhsilini ya orta, ya ali məktəb mərhələsində yarımçıq saxlayıb.
Almaniya xüsusi xidmət orqanlarının araşdırması göstərir ki, ölkədən
cihada qoşulmaq üçün gedənlərin 11 faizi qızlardır.

60 faizi ən azı bir dəfə məhkum olunub. Onlar əsasən zorakılıq, oğurluq
və ya narkotik alverinə görə həbs ediliblər. İŞİD-ə qoşulan qadınları
əsasən gənc, savadsız və perspektivsiz adlandırmaq olar. “Bir çox gənc
alman Almaniya vətəndaşı olmasına baxmayaraq, bu ölkədə özünü marginal,
cəmiyyətdən təcrid olunmuş hiss edir. Onlar öz ölkələrində özlərinə heç
bir perspektiv görmür, özlərini uğursuz hesab edirlər. Dünya mətbuatı,
qəzet və televiziyalar demək olar ki, hər gün İŞİD-in uğurları barədə
yazır. Ona görə də İŞİD-ə qoşulan qadınlar “cihada qoşulsam, uğur
qazanaram, bütün dünya mənim haqqımda danışar” deyə düşünürlər” – bunu
da almaniyalı psixoloqlar bildiriblər.
edirlər ki, cihada yardım etmək adı ilə İŞİD-ə qoşulanlar bir qayda
olaraq sonradan qıfıl altında qalır və ancaq ordakı hərbçi kişilərə
qulluq edirlər. İŞİD-çilər qadınları, gənc qızları ora cəlb etmək üçün
internet, xüsusən də sosial şəbəkələrin gücündən istifadə edirlər.
Cəlbedici reklam rolikləri, yüksək keyfiyyətli videolar, kompüter
oyunları bu məqsədlə hazırlanır, sosial şəbəkələrə buraxılır.
Taubert “Kitab” adlı yardım təşkilatında çalışır. Onun dediyinə görə,
valideynlər onlara müraciət edərək, övladlarının cihada qoşulmasının
qarşısını almağa çalışırlar. Müraciət edənlərin böyük əksəriyyəti qız
valideynləridir. Taubert bildirib ki, əsasən qız valideynləri onların bu
məqsədindən daha tez duyuq düşürlər. Çünki onların hicab bağlaması,
islami qadın geyimlərindən istifadə etməsi özünü göstərir ki, bu da
valideynlərin gözündən qaçmır: “Bəzi qızlar var ki, onları şəhidin dul
arvadı olmaq perspektivi cəlb edir. Çünki xəlifədə bu, ən uca
simvollardan biri sayılır və özlüyündə cənnətə düşməyi vəd edir”.

başqa, bir çox qərbli qadın düşünür ki, müsəlman ərlər ən yaxşıdırlar.
Onların fikrincə, onlar mübarizə aparmaqdan qorxmurlar. Taubert bir çox
ailələrlə, İŞİD-ə qoşulan qızların hekayəsini düşünəndən sonra bu
nəticəyə gəlib: “İslam radikallığını dəstəkləyən qızlar bir qayda olaraq
ailə zorakılığını yaşamış şəxslərdir. Onlar şəhid-döyüşçünün qadına
barmağı ilə toxunmayacağı fikrinə inanırlar və bu, onlara güvən hissi
verir. Amma bununla yanaşı, döyüşçülərlə bağlı istənilən xəbər,
öldürülən, qul kimi satılan qadınların yaşadıqlarını həmin xanımlar
“qərb təbliğatı” hesab edirlərВ».
qadın üzvləri seçdikləri kişilərin nəyə qadir olduğunun fərqində
olurlar. Amma onlar düşünürlər ki, zorakılığa ancaq o qadınlar məruz
qalır ki, onlar bunu “haqq edirlər” – “xəyanətkarlar”, yezidlər,
kürdlər, bir sözlə, qadın cinsinin düşmənləri. Bunun əslində necə
olduğunu isə bir qayda olaraq demək mümkün deyil. Çünki sözügedən
əraziyə düşən, döyüşçü-islamçılar tərəfindən idarə olunan qadınlar geri
qayıtmırlar.
Short URL: http://www.cumhuriyyet.net/?p=15817