Bakı Sarkisyanın cavabını verdi

27.01.2015 - 10:44

Müdafiə Nazirliyi Ermənistan prezidentinin çıxışına münasibət bildirib
Ermənistan prezidenti Serj Sarkisyanın Ermənistan Silahlı Qüvvələrindəki
ağır itkiləri etiraf etməsi onun hələ də reallıq hissini tam itirməməsi
təsəvvürü yaratmaqla yanaşı, Azərbaycan tərəfindən çəkindiyini də
açıq-aydın göstərir.

ANS PRESS xəbər verir ki, bu barədə APA-nın Ermənistan prezidenti Serj
Sarkisyanın ötən gün Azərbaycanı hərbi əməliyyatlarla təhdid etməsi
barədə sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat
xidmətindən bildirilib.

Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan Silahlı Qüvvələrinin cari
ilin yanvar ayında işğalçıların təxribatlarının qarşısının alınması
zamanı keçirdiyi əməliyyatlar hərbi cəhətdən məhvedici, tutarlı olmaqla
bərabər, Azərbaycan əsgərinin yüksək döyüş ruhunu, qələbə əzmini,
silahının gücünü və təsirini bir daha sübut edir.

“İşğal olunmuş ərazilərimizin tam azad edilməsi üçün Silahlı
Qüvvələrimiz istənilən hərbi qüvvəni taktiki və operativ cəhətdən daha
zəruri istiqamətdə cəmləşdirmək, yerləşdirmək, hərəkət və istifadə etmək
səlahiyyətində olduğundan düşmən dövlətin bu məsələyə hər hansı
münasibət bildirməsi tamamilə qəbuledilməzdir və tərəfimizdən qətiyyətlə
rədd edilirВ», – deyə Müdafiə Nazirliyi bəyan edib.

Müdafiə Nazirliyi bildirir ki, hələ də boş xəyallarla, başıdumanlı
xatirələrlə yaşayan Ermənistan hərbi-siyasi rəhbərliyi bugünkü
reallıqla, Azərbaycanın ərazi bütövlüyü istiqamətində beynəlxalq
təşkilatların qəbul etdiyi qərar və qətnamələrin tələbləri ilə barışaraq
anlamalıdır ki, işğalçıların məhv olmaq təhlükəsi onları hər yerdə
gözləyir.

Müdafiə Nazirliyi bir daha bildirir ki, Azərbaycan Silahlı Qüvvələri
ölkənin ərazi bütövlüyünün bərpası, Azərbaycan bayrağının işğal edilmiş
bütün şəhərlərdə, o cümlədən Şuşada, Xankəndidə dalğalanması üçün hərbi
imkanlarını daim artıraraq son damla qanınadək vuruşacaq. İşğalçıların
planlaşdırdığı istənilən təxribatın qarşısı bütün hərbi imkanlar
istifadə edilməklə elə başlanğıc mərhələsində alınacaq və bunun
nəticələrinə görə Ermənistanın kriminal hərbi-siyasi rejimi birbaşa
məsuliyyət daşıyacaq: В«Ermənistanın prezidenti Serj Sarkisyanın
Azərbaycanın ünvanına hədə-qorxu dolu, məsuliyyətsiz bəyanatla çıxış
etməsi hazırda qonşu qurumun daxilində yaranmış gərgin ictimai-siyasi və
sosial partlayış həddinə qədər yüksələn xalq etirazlarının artması
fonunda təsadüfi sayılmamalıdır. İqtisadi, hərbi, mənəvi və demoqrafik
cəhətdən iflasa uğrayan, Azərbaycan torpaqlarını işğal etməklə
beynəlxalq layihələrdən təcrid olunaraq öz xalqını rəzil vəziyyətə salan
dövlətin rəhbərliyi ermənilərin fikrini daxili xaosdan yayındırmaq
məqsədilə belə çıxışlar edir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=15819

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930