Ticarət mərkəzində atışma: 1 yaralı

27.01.2015 - 10:50

Amerika Birləşmiş Ştatlarında (ABŞ) ticarət mərkəzlərindən birində silahlı hücum baş verib.
ANS
PRESS-in məlumatına görə, ABŞ-ın Vaşinqton ştatının Siyetl şəhərində
məşhur ticarət mərkəzlərindən olan “South Center Mall”da bir nəfərin
yaralanması ilə nəticələnən hadisə yaşanıb.
Şəxsiyyəti
naməlum silahlı atəşi qarşı binada gizlənərək həyata keçirib. Odlu
silahdan açılan atəş nəticəsində yaralanan şəxs dərhal əraziyə çağrılan
təcili yardımla xəstəxanaya çatdırılıb. 
Atəşin
bazar ertəsi, yerli vaxtla 17:30-da açıldığı qeyd edilir. Səsi eşidən
ticarət mərkəzinin müştəriləri arasında çaxnaşma yaranıb və təlaş içində
müxtəlif istiqamətlərə qaçmağa başlayıblar. 
Yerli hüquq-mühafizə orqanından bildirilib ki, şübhəlinin yaxalanması üçün əməliyyatlara başlanılıb

Short URL: http://www.cumhuriyyet.net/?p=15821

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728