ABŞ Rusiya vətəndaşlarını ittiham edir
ANS PRESS-in məlumatına görə, Nyu-York şəhərində Rusiyanın xeyrinə
casusluqda şübhəli bilinən üç şəxsə qarşı ittiham irəli sürülüb.
Bu barədə Reuters agentliyi məlumat yayıb. Ehtimal edilir ki,
günahlandırılanlar Rusiya Xüsusi Xidmət orqanları üçün gizli məlumatlar
toplayıblar. Onların bu məqsədlə pul qarşılığında Nyu-York sakinlərindən
istifadə etdikləri də bildirilir.
İstintaqın versiyasına görə, sözügedən 3 kişi Amerikada öz fəaliyyətlərinə 2012-ci ildən başlayıblar.
Onlardan biri saxlanılıb, digər iki nəfərin yeri isə hələ də naməlum qalıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=15826