Sabiq prezidentin oğlanları həbsdən azad olunub
APA-nın “Associated Press”ə istinadən xəbərinə görə, Alya və Qamal
Mübarəklər Qahirənin cənubundakı “Tora” islah müəssisəsindən azadlığa
buraxılıb və evə yollanıblar.
Qeyd edək ki, Hüsnü Mübarək və oğulları dövlət vəsaitlərinin qanunsuz
mənimsənilməsində və korrupsiyada ittiham olunublar. Bu ittihamla sabiq
prezident 3, Alya və Qamal isə 4 il müddətinə azadlıqdan məhrum
olunublar. Daha sonra onların üzərindən bütün ittihamlar götürülüb və iş
üzrə yeni baxış təyin olunub. Eyni zamanda 2011-ci ilin yanvarında
başlayan və Misirə 30 il rəhbərlik etmiş Hüsnü Mübarəkin devrilməsi ilə
nəticələnən inqilab zamanı nümayişçilərə atəş açılması əmrinin verilməsi
ilə bağlı ittihamlar da hər üç şəxsin üzərindən götürülüb.
Son məlumatlara görə, 86 yaşlı Hüsnü Mübarək Qahirədəki hərbi hospitalların birində müalicə olunur.
Short URL: http://www.cumhuriyyet.net/?p=15827