“LAMİYƏ QULİYEVAYA İŞGƏNCƏ VERİLİB”
görə ömürlük həbs cəzasına məhkum olunmuş Vüqar Əliyevin vəkili Əsabəli
Mustafayev müvəkkili ilə bağlı bəzi məqamları bölüşüb.
Axar.az-a açıqlama verən Ə.Mustafayev istintaq zamanı Lamiyə Quliyevaya işgəncə verildiyini iddia edib:
“İş materiallarında istintaq zamanı ona işgəncə verilməsi,
özünə və Vüqara qarşı ittihamedici ifadələr verməyə məcbur edilməsi,
onun yaxınlarının həbs olunması barədə məlumatlar var. Buna görə bəzi
məsələlər məni maraqlandırır. Əslində, mən L.Quliyevanın vəkili
deyiləm”.
Vüqarın həbsdə olarkən Lamiyə ilə heç vaxt görüşmədiyini deyən vəkil müvəkkilinin Qobustanda saxlanıldığını bildirib:
“O, Qubustanda, qapalı həbsxanada saxlanılır. Yaxın
zamanlarda yanına getməyi nəzardə tutmuram. Hərdən özü zəng edir. Ancaq
bu yazılar çıxandan sonra danışmamışıq. Əslində, bu proseslər Vüqarı
maraqlandırmır. Çünki o, Lamiyədən 10 ildir ayrılıb, özü də evlənib.
Güman edirəm ki, o, bu xəbəri eşitsə, təəccüblənməyəcək”.
Son günlərdə mətbuatın əsas müzakirə mövzusu olan qalmaqalla bağlı
Vüqarın işində heç bir yenilik olmayacağını deyən Ə.Mustafayev Şəmkirin
keçmiş icra başçısı Aslan Aslanovun hələ də məhkəmələrə təzyiq etdiyini
deyib:
“Vüqarın işinə baxılması indiki şəraitdə inandırıcı deyil.
Çünki A.Aslanov hələ də məhkəmələrə təzyiq edir və bu səbəbdən
məhkəmə-hüquq sistemi bu məsələyə yenidən baxılmasına maraq göstərmir.
Lamiyənin işi Baş Prokurorluğa gedib. Vüqarın rəyinə görə, A.Aslanov elə
əvvəldən bu işi istədiyi kimi yönəldib. Bu onun mövqeyidir və Vüqara
münasibətdə belə ədalətsiz qərarın kiminsə sifarişi ilə edildiyini
təsdiqləyir. Fikrimcə, prokurorluq ən yaxşı halda Lamiyənin hamiləlik
məsələsini araşdıracaq”.
Xatırladaq ki, 1987-ci il təvəllüdlü Lamiyə Quliyeva 2003-cü ildə
həbs edilib. Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi
ilə təqsirləndirilən L.Quliyeva və nişanlısı Vüqar Əliyev 2003-cü ilin
mayında Şəmkirin sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə
yetirməkdə təqsirləndirilirlər. Respublika Ağır Cinayətlərə Dair İşlər
üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10
il müddətinə azadlıqdan məhrum edilib.
L.Quliyeva türmədə ikən CM-nin 317-ci (cəzaçəkmə müəssisəsinin və ya
istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə təkrar
ittiham olunub və cəzası 5,6 il artırılıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=15829