Pensiyalar nə qədər artdı? – MİSALLAR
Pensiyaların indeksləşdirilməsi haqqında prezidentin
sərəncamı nəticəsində Azərbaycanda pensiyaların sığorta hissəsi 1,4%
artırılacaq.
Qeyd edək ki, yanvarın 26-da Azərbaycan Prezidenti Azərbaycanda əmək
pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi barədə sərəncam
imzalayıb. Fins.az-ın məlumatına görə, sərəncama əsasən pensiyaların
sığorta hissəsi və fərdi hesablardakı pensiya kapitalı 2014-cü il üzrə
istehlak qiymətləri indeksinə, yəni 2014-cü ildəki inflyasiyaya uyğun
olaraq artırılmalıdır. Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi
məlumata əsasən 2014-cü ildə ölkədə inflyasiya 1,4% təşkil edib. Bunu
nəzərə alanda pensiyalaın sığorta hisəsi də məhz 1,4% artırılacaq.
Qeyd edək ki, hazırda Azərbaycanda pensyalar iki hissədən – baza və
sığorta hissəsindən ibarətdir. Pensiyaların baza hissəsi 2013-cü ilin
sentyabrından bəri 100 manatdır. Pensiyanın digər hissəsi sığorta
hissəsi sayılır. Dövlət başçısının sərəncamı da sığorta hissəsinə
aiddir. İndi isə pensiya artımını müxtəlif misallarla izah edək.
Kimsə indiyə qədər 150 manat pensiya alırdısa, bu
məbləğdən 100 manat (baza hissə) çıxılır, qalan 50 manatın üzərinə isə
1,4% əlavə olunur. Beləliklə, pensiyaların sığorta hissəsi 70 qəpik
artmış olur ki, bu da yeni pensiya məbləğinin 150,7 manat olması
deməkdir.
200 manat pensiya alanlar üçün pensiyanın sığorta
hissəsi 100 manat təşkil edir (200-100=100 manat). Bu hissə 1,4 manat
artacaq və yeni pensiya məbləği 201,4 manat təşkil edəcək.
250 manat pensiya alanlar üçün isə pensiyanın
sığorta hissəsi 150 manatdır (250-100=150 manat). Bu hissənin 1,4%
artımı real məbləğdə 2,1 manat artım deməkdir. Nəticədə yeni pensiya
məbləği 252,1 manat təşkil edəcək.
300 manat pensiya alanlar üçün isə pensiyanın
sığorta hissəsi 200 manatdır (300-100=200 manat). Bu hissənin 1,4%
artımı real məbləğdə 2,8 manat artım deməkdir. Nəticədə yeni pensiya
məbləği 302,8 manat təşkil edəcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=15830