“Ukraynanın şərqində 12 mindən çox Rusiya əsgəri var”
Ukraynanın şərqində 12 mindən çox Rusiya əsgərinin olduğunu açıqlayıb.
APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, səfir BMT
Təhlükəsizlik Şurasının Ukraynada yaranmış vəziyyətə həsr olunan
iclasında çıxış edərək bildirib ki, bu rəqəm çoxsaylı müstəqil
müşahidəçilər və beynəlxalq təşkilatların Ukraynadakı missiyaları
tərəfindən təsdiqlənib: “Ötən dəfə biz bu zalda Ukraynada 9 min Rusiya
əsgərinin olduğunu söyləmişdik, indi isə bu rəqəm 12 mindir. Onların
sərəncamında 235 tank, 720 zirehli texnika, 263 artilleriya sistemləri
var. Rusiya tərəfinin buna hər hansı izahat verməsi yaxşı olardı. Onlar
Ukraynanın suveren ərazisində nə edirlər? Bu qüvvələr dərhal
çıxarılarsa, problemi həll etmək xeyli asan olardı”.
Y. Sergeyev qeyd edib ki, Rusiyanın BMT-dəki nümayəndəsi bu məsələdən
danışmaq əvəzinə, “çevriliş”, “Bandera”, “faşistlər”, “rusdillilərin
hüquqlarını pozulması”, “antisemitizm” nağıllarını təkrarlamağa davam
edir. O, Rusiya səfirinin bir dəfə də olsun Volnovaxa və Mariupolda ölən
dinc sakinlərlə bağlı başsağlığı vermədiyini vurğulayıb: “Mən bir daha
Rusiya Federasiyasını söz oyununa son qoymağa çağırıram. Sizin Ukraynaya
qarşı birbaşa və dolayı təcavüzünüzə dair bizdə çoxsaylı sübutlar var”.
Short URL: http://www.cumhuriyyet.net/?p=15832