İŞİD yapon girovu bu qadınla dəyişmək istəyir

27.01.2015 - 11:53

İordaniya İŞİD-ə yapon girovun həbsdə olan terrorçu qadınla dəyişdirilməsini təklif edib

İŞİD terror təşkilatı Yaponiya ilə danışıqlara hazır olduğunu bildirib.

ANS PRESS-in məlumatına görə, Tokionun mövqeyi dəyişməz qalsa da,
silahlılar şərtlərdə dəyişiklik ediblər. Onlar əllərində olan Yaponiya
vətəndaşının əvəzinə həbsdə olan iraqlı qadın Sacid əl-Rişavini tələb
edir. İraqlı qadın İordaniya telekanalında etiraf edib ki, 2005-ci ildə
Amman otellərinin birində özünü partlatmaq istəyib.

Silsilə terror aktlarında o zaman 60-a yaxın insan ölmüşdü. Lakin
qadının şəhid kəməri partlamadığında sağ qalmışdı. Onun barəsində ölüm
hökmü çıxarılsa da, hələ də edam edilməyib. Sacid əl-Rişavi cəzasını
həbsxanada çəkir. İŞİD terrorçuları indi yapon gorovu bu qadınla
dəyişməyi təklif ediblər. Sadcid əl-Rişavi azadlığa buraxılarsa, yapon
girovu buraxacaqlarına söz verirlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=15833

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728