İrəvan qaynayır
Ermənistan paytaxtı yanvarın 29-da daha bir etiraz aksiyasının şahidi olacaq.
“Aravot” qəzeti yazır ki, ATƏT-in İrəvandakı ofisi qarşısında təşkil
olunacaq aksiya “ATƏT – Azərbaycanın təcavüzünün susqun sponsoru” devizi
altında keçiriləcək.
ANS PRESS-in xəbərinə görə, aksiyanın təşkilatçısı siyasi şərhçi
Karen Vardanyandır. O, qəzetin müxbirinə deyib ki, məhz etiraz
aksiyasının keçirilməsi haqqında qərar indi qəbul edilib. Çünki hər gün
atəşkəs rejiminin pozulması halları ilə qarşılaşırıq, amma ATƏT və onun
Minsk Qrupu susqun və hərəkətsiz dayanır. Çoxları Ermənistanı və Rusiya
tərəfini ittiham edirlər, amma heç kim ATƏT-i ittiham etməyə cürət
göstərmir.”
Ermənilərin bu aksiyanı keçirməsi səbəbsiz deyil. Belə ki, son günlər
təmas xəttində yaşanan gərginlik nəticəsində Ermənistan ordusunun böyük
sayda itki verməsi onları bu addımı atmağa məcbur edir. Dünənə kimi,
ATƏT-i və Minsk Qrupunu tərifləyən “erməni başbilənləri” indi bu
təşkilata qarşı etiraz səsi ucaldırlar. Deyəsən, indi pişiyin quyruğu
qapı arasında qalıb…
Ümumiyyətlə, Ermənistandakı etiraz aksiyaları bununla bitmir. Ötən
gün etirazçılar İrəvanda Xarici İşlər Nazirliyinin binasını mühasirəyə
alaraq hakimiyyətin istefasını tələb edirlər. Onlar prezident Serj
Sərkisyana 24 saat vaxt veriblər. Həmçinin nazir Edvard Nalbandyanı
ədalətli olmağa və cəbhə xəttində vəziyyət haqqında düzgün xəbər verməyə
çağırırlar. Nümayişçilərin bir qısmi BMT ofisinə tərəf gediblər.
Ermənistanda fəaliyyət göstərən ticarətçilər də etiraz aksiyasına
başlayıblar. İnsanlar İrəvanda hökumət binası qarşısına toplaşaraq
hakimiyyətin istefasını tələb edirlər.
Short URL: http://www.cumhuriyyet.net/?p=15839