“Nə ağladıqları, nə də güldükləri hiss olunmur” – Fədayə müğənniləri qınadı

14.12.2020 - 15:48

Müğənni Fədayə Laçın sənət dostlarını tənqid atəşinə tutub.

Musavat.com xəbər verir ki, o, “İnstagram”da canlı yayıma qoşulub. Müğənni sənətçilərin botoks etdirərək üzlərini tanınmaz hala saldığını bildirib:

“Üzlərini o qədər doldururlar ki, yanaq qalxır, mimikaları itir. Nə ağladıqları, nə güldükləri hiss olunmur. Mən də üzümə botoks etdirmək istəyirəm. Artıq yaş öz sözünü deyir, qırışlar başlayır. Amma yenə də 44 yaşıma görə üzüm yaxşı qalıb. Heç bir gecə-gündüz kremlərindən, gözətrafı vasitələrdən istifadə etmirəm. Mən üzümü botoksla doldurtmayacam. Təkcə gözümün yanını botoks etdirəcəm”.

Fədayə Azərbaycana qayıda bilməməsini pandemiya ilə əlaqələndirib:
“Bakıya gələ bilmirəm yollar bağlıdır. İndi Azərbaycanda olsaydım, çoxdan işğaldan azad olunan dağlarda idim, ancaq oralarda oxuyardım”.

Qeyd edək ki, müğənni həbsdən çıxdıqdan sonra Moskvaya köçüb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=158417

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Fevral 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728