Azərbaycanda bəzi məhsulların elektron satışına qadağa qoyulur
Azərbaycanda alkoqollu içkilərin, dərman vasitələrinin, tibbi
təyinatlı texnikanın, bioloji aktiv əlavələrin, körpələr və erkən
yaşına çatmamış uşaqlar üçün süni qida məhsullarının məsafədən satışına
(kataloqlar, bukletlər, elektron ticarət vasitələri) qadağa qoyulacaq.
Milli Məclisdən “Trend”-ə verilən məlumata görə, bu məsələ
parlamentin fevralın 2-də keçiriləcək plenar iclasında müzakirəyə
çıxarılacaq “Reklam haqqında” qanun layihəsində öz əksini tapıb.
Yeni layihədə sponsor reklamlarının yayımlanması üçün müddət də müəyyənləşdirilib.
Layihəyə əsasən, sponsor reklamında yalnız sponsorun adı, fəaliyyəti
və əmtəəsi haqqında ümumi həcmi 2 dəqiqədən çox olmayan müddətə məlumat
təqdim oluna bilər. Əmtəəənin adı sponsor qismində göstərilə bilməz.
Sponsor reklamında “sponsor” sözünün başqa anlayışla əvəz olunmasına da
icazə verilmir.
Short URL: http://www.cumhuriyyet.net/?p=15843