Azərbaycanda 4 min quş yandı

27.01.2015 - 16:23

Şəmkirin Seyfəli kəndində baş verə yanğın bir fermeri müflis edib. 
ANS TV-nin məlumatına görə, kənd sakini Faiq Ələkbərova məxsus
içərisində 8 minə yaxın bir aylıq quş saxlanılan fermada güclü yanğın
baş verib. Alovun qarşısını almağa çalışan sahibkar buna nail ola
bilməyincə, köməyə yanğınsöndürənləri çağırıb. 
Hadisə yerinə cəlb edilən 2 yanğınsöndürən avtomobil və canlı
qüvvənin köməyi ilə alovun yayılmasının qarışı alınıb. Amma buna
baxmayaraq fermanın tavanının 80 kvadratmetr hissəsi yanaraq yararsız
hala düşüb. Sakibkara dəyən ziyan bununla da bitməyib. Belə ki, hadisə
nəticəsində fermada olan 8 min quşdan təxminən yarısı tələf olub. 
Yanğının baş vermə səbəbləri araşdırılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=15845

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728