Azərbaycanda 51618 nəfər prezident təqaüdü alır
müvafiq fərman və sərəncamlarına əsasən, Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi tərəfindən prezident təqaüdü təyin olunan
vətəndaşların sayı hazırda 51618 nəfər təşkil edir.
məlumata görə, son bir ildə ayrı-ayrı kateqoriyalardan olan vətəndaşlara
təyin olunan prezident təqaüdlərində mühüm artımlar edilməklə, həmin
təqaüdlə təmin edilən vətəndaşların əhatə dairəsi daha da genişlənib.
Belə ki, qeyd olunan dövrdə Azərbaycan Prezidentinin müvafiq
fərmanlarına əsasən, Prezident təqaüdünün orta aylıq məbləği müharibə
əlilləri və onlara bərabər tutulan şəxslər üçün 50%-ə yaxın, Böyük Vətən
müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslər üçün
81,8% artırılıb. Habelə İkinci Dünya müharibəsi dövründə Leninqrad
şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində işləmiş, müvafiq
medal və döş nişanı ilə təltif edilmiş şəxslərə və I qrup əlilliyə görə
sosial müavinət alan vətəndaşlara da Azərbaycan Prezidentinin təqaüdünün
təyin olunaraq ödənilməsinə başlanıb.
tarixli fərmanı ilə Əfqanıstanda sovet qoşunlarının tərkibində
beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və
məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə də
aylıq 200 manat olmaqla prezident təqaüdü təyin olunur.
Short URL: http://www.cumhuriyyet.net/?p=15848