Elman Rüstəmovun modelyer qızı Laplandiya sevgisi haqda: “Hər il gedirəm…”

27.01.2015 - 16:50

Azərbaycanın Mərkəzi Bankının sədri Elman Rüstəmovun qızı, tanınmış
modelyer Günel Rüstəmova “My Fashion Life” dərgisinə müsahibə verib.
Virtualaz.org
saytı xəbər verir ki, dərgi Bakıda anadan olan Günel Rüstəmovanın moda
layihələrinin “hüquq və imkanların” genişlənməsini özündə təcəssüm
etdirdiyini yazır. Çünki bu layihələr romantikdir, qadınsayağıdır və
qadınların bütün aspektlərini özündə əks etdirərək unikal imkanlar açır.
Məqalədə
bildirilir ki, Günel öz adını daşıyan moda brendi yaradıb. G.Rüstəmova
Londonun elitar “South Kensington” rayonunda yaşayır. O, dərgiyə
müsahibəsində moda, gözəllik və səyahət haqda fikirlərini bölüşüb.
Virtualaz.org saytı həmin müsahibədən fraqmentləri təqdim edir:
-Tipik iş günü sizin üçün nə deməkdir?
-Bu,
olduqca çoxfunksiyalıdır, mən brendin əməliyyat meneceri və kreativ
direktoruyam. Ona görə də həm dizayn, həm də inzibati məsələlərlə məşğul
olmalıyam. Gün kifayət qədər tez başa çatır. Ona görə də hər dəfə iş
gününün sonunda çalışıram ki, saatın əqrəbləri 5-ə mümkün qədər gec
çatsın. Yaxud iş günü bir az uzun olsun.
-İlin sevimli vaxtı? Yaz, yay, payız, yoxsa qışı xoşlayırsınız?
-Düzünü
desəm, fəsillərin arasından seçim etmək istəməzdim, ancaq xoşuma gələn
odur ki, hər 3 aydan bir biz fəsillər arasında keçid yaşayırıq. Mən ilin
bütün fəsillərinin soyuq, yaxud isti keçdiyi yerdə yaşamaq istəməzdim.
-Sizin sevimli istirahət yeriniz haradır və niyə həmin yeri seçirsiniz?
-Mən
hər mövsümdə Bakıdakı evimizə getməyi, ailəmlə görüşməyi xoşlayıram.
Mənim ikinci sevimli yerim Laplandiyadır, hər il ora gedirəm və Santa
Klausu Şimal qütbündə qarşılayıram. Orada qarda özüyeriyən maşınla gecə
yarısı donmuş çayların üstü ilə hərəkət etmək, 40 dərəcə şaxtada şimal
qütbünü seyr etmək çox xoşuma gəlir. Mən ilk dəfə Laplandiyada olanda
aeroportdan taksi ilə yola çıxdıq. 5 dəqiqə sonra qarşımıza böyük maral
çıxdı, o, yolun ortasında dayanıb tərpənmirdi. İsti ölkədə böyümüş qız
üçün bu, möhtəşəm anlar idi.

Short URL: http://www.cumhuriyyet.net/?p=15850

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728