Kredit borcları vətəndaşlara siyasi təzyiq vasitəsidir?
Ekspertlər yaxın dövr üçün kreditlərin həcminin daha da artacağını proqnozlaşdırırlar
olan borcu ekspertləri narahat edir. Əksər ekspertlər bildirirlər ki,
borclanma vətəndaşı təzyiq, cəmiyyəti basqı altında saxlama vasitəsidir.
Onların fikrincə, borcu olan vətəndaşın ictimai və sosial fəallığı
azalır, ölkədəki proseslərə diqqət ayırmaq istəmir. Ancaq ekspertlərin
bu mövzuda fikirləri fərqlənir.
tək Azərbaycana aid bir məsələ deyil. Bir çox ölkələrdə, hətta
Türkiyədə də bu barədə ciddi müzakirələr gedir. Onların ana müxalifət
partiyası, digər müxalifət partiyaları, ekspertlər, yazarlar çox ciddi
şəkildə bu məsələni müzakirə edirlər. Yəni bildirilir ki, hökumət bütün
əhalini “kredit iynəsi”nə otuzdurub və siyasətdən aralamaq yolunu tutub.
İnsanlar ancaq işləyib, qazanıb, kreditlərini ödəmək haqqında
düşünürlər. Ökədə olan prosesləri diqqətlə izləmirlər. Yəni belə bir
nəzəriyyə var. Ola bilər ki, Azərbaycanda da belə bir yol tutulub.
Hazırda Azərbaycanda problem ondan ibarətdir ki, bank sektoru çox kiçik
və kövrək bir sektordur. Artıq rəsmi rəqəmlərə görə, 1 milyard manatdan
artıq toksik kreditlər var. Yəni banklarda geri qaytarılması mümkün
olmayan kredit portfeli mövcuddur. Bu, çox böyük bir məbləğdir.
Azərbaycan kimi kiçik dövlətin kiçik bank sektoruna çox böyük
çətinliklər yarada bilən bir məbləğdir. Əgər bu, düşünülmüş siyasət olsa
belə, bunun özündə də Azərbaycandakı hökumətin önəm verdiyi stabilliyə
ciddi təsirlər törədən elementlər var. Ən azından bank sektorunda
getdikcə bu problemlər artır. Bank sektorunda çöküş baş versə, bu, bütün
ölkələrin iqtisadiyyatına yayıla bilər. Bu isə ümumiyyətlə, ölkədə
sosial vəziyyəti kəskin şəkildə pisləşdirə bilər. Yəni bankların
batması, həm də əmanətçilərlə problemlərə gətirib, çıxara bilər. Yəni
düşünülmüş siyasət varsa, yaxın gələcəkdə biz bunun fəsadlarını da görə
bilərik. Çünki toksik kreditlərin, yəni geri qayıtmayan kreditlərin
həcmi artdıqca bank sektoruna basqı artacaq. Bank sektorunda hər hansı
bir çöküş olsa, bu, ümumiyyətlə sosial gərginliyi həddindən artıq yüksək
səviyyəyə çatdıra bilər. Çünki bu günün özündə belə, beş çox kiçik
bankın bağlanacağı haqqında məlumatların dolaşması insanlarda gərginlik
yaradır. Bu, gələcəkdə hansısa digər banklarda da belə problemlərin
yaşana biləcəyi ehtimalını yüksəldir. Ona görə də bu tipli məlumatlar və
bu tipli siyasət heç də həmişə gözlənilən nəticələri vermir. Bunun
hökumət üçün dırnaqarası müsbət cəhətləri olsa belə, mənfi cəhətləri də
var. Hətta getdikcə bu mənfi cəhətlər daha ağırlaşmağa başlayacaq”.

demokratik cəmiyyətlərdə də, məsələn ABŞ-da da belə kredit borcları
kifayət qədər çoxdur. Çünki həm sahibkarlar, həm də ev təsərrüfatları,
adətən, bankların kredit vəsaitləri hesabına maliyyələşdirirlər. Kredit
qoyuluşları kifayət qədər yüksəkdir. Azərbaycanda bir çox banklar öz
səhv siyasətlərinin nəticəsində kreditlərin həcmini artırır. Bu,
təhlükəli tendensiyanı formalaşdıra bilər. Krediti götürən şəxsin
banklara tarixçəsi var, banklar buna nəzər salmır. Hətta on banka kredit
borcu olan şəxsə 11-ci bank da kredit verir. ABŞ-da, Avropada banklar
buna heç vaxt yol vermirlər. Onlar kredit tarixçəsi əsasında qərar qəbul
edirlər. Təəssüflər olsun ki, bizdə kredit götürənlərin tarixçəsi
olmasına baxmayaraq, yenə də banklar bu kreditləri çox böyük həvəslər
ayırırlar. Krediti götürən adamlar da bir bankdan alıb, digər bankın
kredit borcunu bağlayırlar. Bu da piramida effekti yaradır. Nə vaxtsa
bu, ciddi şəkildə krediti qaytarmaq sahəsində problemlərin qabarıq
formada ortalığa çıxmasına səbəb olacaq. Bu baxımdan, kifayət qədər
böyük məbləğlərdə, milyardlarla istifadə olunan kreditlərin hesabına
vətəndaşların borclu qalması məsələnin iqtisadi tərəfidir. Məsələnin
siyasi tərəfinə gəlincə isə, təbii ki, krediti olan insanlar asılı
vəziyyətdədirlər. Ancaq burada bankların məqsədləri korporativ
məqsədlərdir. Amma onu demək istəyirəm ki, Rusiyadakı vəziyyət və neftin
ucuzlaşması səbəbindən investisiyaların maliyyələşdirilməsinin
azaldılması və yaxud kəsilməsi son nəticədə əhalinin özünün də sərbəst
maliyyələşməsinə gətirib, çıxaracaq. Bu problem getdikcə şiddətlənəcək
və kreditlərin həcmi, həmçinin geri qaytarılmayan kreditlərin ümumi
kredit portfelində payı sürətlə artacaq. Bu, gələcəkdə sosial gərginliyə
gətirib, çıxara bilər. Bununla bağlı Azərbaycan hökuməti və Mərkəzi
Bankı narahatdır”.
Statistika Komitəsinin məlumatına görə, 2014-cü ilin yanvar-noyabr
aylarında maliyyə-kredit təşkilatları tərəfindən ölkənin hüquqi və
fiziki şəxslərinə verilmiş kreditlərin məbləği artıb. Bu məbləğ 19,1
faiz artaraq, əvvəlki illərdə verilmiş kreditlər də nəzərə alınmaqla,
18,2 milyard manata çatıb. Kreditlərin 79,5 faizi uzun müddətə verilib,
5,4 faizinin isə ödəmə vaxtı keçib.
Short URL: http://www.cumhuriyyet.net/?p=15853