İlham Əliyev: “Ermənistan aciz duruma düşüb”

27.01.2015 - 18:41

“Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət
Proqramının qəbulundan bir il keçir. Ötən dövrdə dünyada siyasi,
iqtisadi və maliyyə böhranının yeni mərhələsinin başlanmasına
baxmayaraq, Azərbaycanda sabitlik və inkişaf hökm sürür. Bu amilin
arxasında iqtidarla xalq arasında olan birlik dayanır”.

Bu sözləri Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda
prezident İlham Əliyev deyib.

Dövlət başçısı regionların sosial-iqtisadi inkişafına dair üçüncü
Dövlət Proqramının da uğurla icra olunacağına əminliyini bildirib. O
qeyd edib ki, ölkə üzrə bütün investisiya proqramlarının icrası,
sahibkarlara verilən dəstək, quruculuq və abadlıq işləri və digər
məsələlərin həlli müntəzəm xarakter daşıyacaq: “Son 11 ildə regionların
inkişafı ilə bağlı əldə olunan nəticələrin kifayət qədər ciddi dayaqları
var. 2004-cü ildən ümumi daxili məhsulumuz 3,4 dəfə artıb. Bu, dünya
miqyasında rekord göstəricidir. Sənaye istehsalı 2,7 dəfə artıb. 11 il
ərzində ölkə iqtisadiyyatına 180 milyard dollar investisiya qoyulub.
2004-cü ildə Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollar idisə,
bu gün valyuta ehtiyatlarımız 50 milyard dollardan çoxdur. Görün biz nə
qədər ehtiyat yığmışıq! Baxmayaraq ki, bizim son illərdəki investisiya
proqramlarımız çox geniş miqyaslıdır. Ancaq biz ildən-ilə valyuta
ehtiyatlarımızı artırmışıq. Bu, ilk növbədə bizə böyük inam verir, eyni
zamanda kredit reytinqlərimizi artırır. Bununla bərabər, bu, bir
sığortadır. İstənilən xoşagəlməz hadisəyə qarşı ciddi sığortadır. Bunu
hər bir insan gündəlik həyatında hiss edir, çünki manatın məzənnəsi
sabit olaraq qalır. Baxmayaraq ki, neftin qiyməti düşüb, böyük valyuta
ehtiyatlarımız, düşünülmüş makroiqtisadi siyasət imkan verir ki,
Azərbaycan vətəndaşları bu böhranı hiss etməsin”.

İ.Əliyev bildirib ki, son 11 ildə Azərbaycanda 1 milyon 360 min yeni
iş yeri açılıb: “Bu iş yerlərindən 1 milyonu daimidir. Həyata keçirilən
tədbirlər sayəsində indi yoxsulluq və işsizlik 5 faiz səviyyəsindədir”.

Prezident deyib ki, dünyanın aparıcı reytinq agentlikləri
Azərbaycanın reytinq göstəricilərini artırıb: “Davos İqtisadi Forumu
ölkəmizi iqtisadi göstəricilərinə görə dünya üzrə 38-ci yerdə
qərarlaşdırıb. Hazırda dünyanın inkişaf etmiş ölkələrinin xarici
yardımlardan bəhrələndiyi bir vaxtda Azərbaycan uğurlara öz imkanları
hesabına, təkbaşına nail olub. İqtisadi güc siyasi səhnədə də öz
sözümüzü deməyə, milli maraqları qorumağa imkan yaradır. Azərbaycandan
fərqli olaraq Ermənistan aciz duruma düşüb. Kriminal rejimin rəhbərlik
etdiyi Ermənistan öz çirkin işğalçılıq niyyətindən əl çəkməyəcəyi
təqdirdə bu ölkənin müstəmləkə durumu daha da dərinləşəcək”.

Short URL: http://www.cumhuriyyet.net/?p=15856

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728