Abutalıbovun buldozeri Bakını sökür
Bakının Xətai rayonu, Sabit Orucov küçəsində yerləşən yaşayış binalarına əlavə tikililərin sökülməsinə başlanılıb.
“Report” xəbər verir ki, beşmərtəbəli binaların birinci
mərtəbələrinin yol istiqamətində tikilmiş artırmaların söküntü işləri
Bakı Şəhər İcra Hakimiyyəti nümayəndələrinin rəhbərliyi altında həyata
keçirilir.
Söküntü ilkin layihə vəziyyətini pozmaqla binanın yükdaşıyan
konstruksiyalarını və bütövlükdə dayanıqlığın zəifləməsinə səbəb olan
yenidənqurma, genişləndirmə və qeyri-qanuni aparılan tikililərə şamil
olunur.
Həmin tikililərin sahibləri sayta bildiriblər ki, artırmalar müxtəlif
illərdə icra hakimiyyətinin icazəsi ilə aparılıb, amma rəsmi sənədləri
mövcud deyil.
Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovdur.
Short URL: http://www.cumhuriyyet.net/?p=15857