Ziya Məmmədovun qalaqurma əməliyyatı

27.01.2015 - 23:33

Yanvarın 27-də prezident İlham Əliyev 3 icra başçısı ilə bağlı
sərəncam verib. Sərəncama görə Göyçayın icra başçısı Mənsur Məmmədov
tutduğu vəzifədən azad olunaraq, qonşu Ucar rayonuna başçı göndərilib.
Bu təyinata qədər Ucarın icra başçısı olan Yaşar Məmmədov tutduğu
vəzifədən çıxarılaraq Qubaya başçı təyin olunub. Quba rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev isə Göyçay Rayon İcra Hakimiyyəti başçısı postuna təyinat alıb. 

Qeyd edək ki, Göyçayın icra başçısı Mənsur Məmmədov nəqliyyat
naziri Ziya Məmmədovun əmisi oğludur. İcra başçıları dəyişdirilən hər 3
rayon qeyri-rəsmi olaraq nazirin nəzarəti altındadır. Yerdəyişmə nazirin
başçı olan əmisi oğlunun səlahiyyətlərinin azaldılması kimi qəbul
olunur. Bildirilir ki, Göyçay aran zonasının mərkəzi rayonudur. Ucar isə
əhali sayına və ərazisinə görə ətraf rayonların sırasında axırıncı
yerdədir. M.Məmmədovun təyinatı onun üçün “fəxri təqaüdə” gedən yolda
tramplin hesab edilir.
Göyçay əhalisinin M.Məmmədovdan şikayətləri həddən ziyadə çox
olduğundan prezident sərəncamı coşqu ilə qarşılanıb. Qeyd olunur ki,
onun əvəzinə başçısı təyin edilən Mübariz Ağayev əvvəllər Göyçayın icra
başçısı olub. Əslən Göyçaydan olan M.Ağayevin idarəçiliyi dövründə əhali
ondan razılıq edib. Sonradan M.Ağayev Mingəçevir icra hakimiyyətinin
başçısı postuna təyin edilib.  Quba hadisələrindən sonra M.Ağayev əhali
ilə işləyə bilən təcrübəli kadr kimi rayona rəhbər təyin olunmuşdu.
M.Məmmədovun fəaliyyətini daim sərt formada tənqid edən hüquq
müdafiəçisi Vidadi İsgəndərli M.Məmmədovun vəzifədən çıxarılmasını
alqışlayıb: “7 il idi ki, Mənsur Məmmədov Göyçay əhalisinin günü qara
etmişdi. Göyçay talançıdan azad oldu. Əslində Mansur Məmmədov bir neçə
gün idi ki, tutduğu vəzifədən çıxarılmışdı”. V.İsgəndərli M.Ağayevin rayona icra başçısı təyin olunmasın haqda
bunları deyib: “Mübariz Ağayev Göyçayda işləyib, camaat onu yaxşı icra
başçısı kimi tanıyır. Mansur Məmmədov isə Göyçayı talayıb. Bunu hamı
bilir. Ökə rəhbərliyi onun əməllərindən bilgili idi. Göyçaylılar bu
sərəncamı yalnız alqışlaya bilərlər”.
Məsələ ilə əlaqədar cumhuriyyet.az olaraq onu da xatırladaq ki, hər üç rayon və icra başçısı nəqliyyat nazirinin kurasiyasında hesab edilir. Eyni zamanda hər üç icra başçısının adı son vaxtlar mediada qalmaqallı hadisələrdə hallanırdı. Bu baxımdan onların vəzifədən alınması gözlənilən idi. Amma baş verənlər onu göstərir ki, Z.Məmmədov şahmat üslublu qalaqurma əməliyyatı həyata keçirərək öz kadrlarını qoruyub saxladı…

Short URL: http://www.cumhuriyyet.net/?p=15858

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728