Müəllimləri sevindirəcək proqnoz: “ən aşağı maaş 400-450 manat olacaq…”
Son vaxtlar ölkəmizin təhsil sistemindəki mövcud yeniliklər,
problemlər və geriləmələr ictimaiyyətin diqqət mərkəzindədir. Tədris
sahəsindəki məsələlərin çox qismi mübahisəli məqamlara səbəb olub.
Səsləndirilən müxtəlif fikir ayrılıqlarına Azərbaycan Təhsil Şurasının
sədri, pedaqoji elmlər doktoru Əjdər Ağayev Aktual.az-a müsahibəsində
aydınlıq gətirib:
artırılması və dərs yükünün 1,5 dəfə artırılaraq 18 saata çatdırılması
müəllimlərin ixtisarına səbəb olacaqmı?
Prezidentin bu sərəncamı bütün müəllimlərin əməkhaqqılarının
artırılmasını əhatə etmir. Sərəncamda göstərilir ki, diaqnostik
imtahandan keçən müəllimlər 18 saat dərs yükünə malik olsunlar və
əməkhaqqıları iki dəfə artırılsın. Bu məsələ, təşəbbüs və faydalı iş
olaraq, stimullaşdırıcı rol oynayır. Yəni müəllimlər arasında rəqabət
yaransın və üzərlərində daha çox çalışsınlar. Bu, hələ başlanğıcdır.
Sərəncamdan sonra prezident Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət
Strategiyasının Fəaliyyət Proqramını təsdiq etdi. Bu Fəaliyyət
Proqramında göstərilir ki, müəllimlərin maaşı vaxtaşırı olaraq
diferensial yanaşma ilə artırılacaq. Bu nümunədir ki, fəallar yüksək
əməkhaqqı alırlar. Müəllimlərin ixtisarı olmayacaq. Əksinə, bu addım
onların səylə çalışaraq yüksək nailiyyət əldə etmələri məqsədi ilə
atılıb.
12 saat dərs yükü olan müəllimlərin əməkhaqqı 140, 160, 180 manatdır.
Dərs yükü 18 saata çatdırılandan sonra əməkhaqqı iki dəfə artırılacaq.
140 manatdırsa, 400 manat olacaq. Dünyada elə dövlətlər var ki, orada
müəllimlərin əməkhaqqı əvvəlcədən yüksək nəzərdə tutulub. Azərbaycanda
da bu işə start verildi. Ən aşağı maas 400-450 manat olacaq.
Bu iş birdən-birə başlamır. Neçə il bundan əvvəl dövlətimizin büdcəsi 1
milyarddan bir az çox idisə, indi bu rəqəm 20 milyardı keçir. Ökənin
sosial-iqtisadi vəziyyətini nəzərə almaq lazımdır. Diaqnostik imtahan
təşkil olunanda xeyli müəllim öz peşəsindən kənarlaşacaq. Bu məsələdə
diplomatik gediş mövcuddur. İnsanlara zorla: “get” demirlər. İşə
mexanizm yaradırlar ki, insan orada ozünü tapa, yaxud da tapmaya bilsin.
Potensial cəhətdən zəif olan müəllimlər də, kifayət qədər, nəticə əldə
etmiş müəllimlərə çatmağı arzulayacaq. Bacarıqsız şagird olmadığı kimi,
işləməyi bilməyən insan yoxdur. Sadəcə, o adam öz maraq və meylinə uyğun
iş tapsın, amma tənbəl olmasın.
İbtidai siniflər üçün kurikulumla hazırlanan dərsliklərin proqramı çox
mürəkkəbdir. Bir riyaziyyat dərsliyinin müəllifi bir saat da dərs
deməyib, pedaqoq deyil, maarifçi deyil, Texniki Universiteti bitirmiş
mühəndisdir, ondan nə gözləmək olar? O nə bilir ki, məktəbin metodikası
nədir? İbtidai sinif dərsliklərini yazmaq çox çətindir. Mən 50 ilin
mütəxəssisiyəm, amma ibtidai sinif üçün dərslik yazmaram. O dərsliyi
yazmaq üçün həmin yaşdakı uşağın psixologiyasını, xüsusiyyətini,
marağını, fizioloji hallarını bilmək lazımdır. Həmin dərslikdə
bayrağımızı, himnimizi, Qarabağı, faciələrimizi, prezidentimizi,
uğurlarımızı əks etdirən kompleks bilgilər olmalıdır. O dərsliyi
yazanlar, mürəkkəbliklərə üstünlük verərək, özlərini mahir riyaziyyatçı,
dilçi kimi göstərirlər. Dərsliklərdən narazılıq edənlər haqlıdır. Ona
görə də dərsliklər yenidən hazırlanmalıdır, qiymətləndirmə yenidən
işlənməlidir. Bütün bunlar Strategiyanın Fəaliyyət Planında öz əksini
tapıb. Amma bunu kim işləyəcək? Bəlkə, elə indiki dərsliyi yazanlar
işləyəcək? Neynəyək, oturaq gözləyək… Elmi məsələlərdə yerlər, gərək,
səhv düşməsin… Dərslikləri hazırlayanlar elm mütəxəssisi olmalıdır.
Dərsliklərin yazılmasının ən asan yolu müsabiqənin elan olunmasıdır.
Nəşriyyat niyə dərslik yazmalıdır ki?
təhsil ocaqlarında ödənişli plan yerlərinə məhdudiyyət aradan
qaldrıldı. Yeni sistemin işlək mexanizmi üçün daha hansı qaydalar
lazımdır?
Məsələn, konkret ixtisas üzrə dövlət sifarişli əsaslarla 30, dövlət
sektoru olan pulsuzlar üçün 40 yer verilir, 50 yer isə ödənişli əsaslara
ayrılırdı. İndi bu məhdudiyyət aradan götürüləcək. Əgər hər hansı
abituriyentin imtahandan topladığı bal normadadırsa, dövlət sifarişli və
pulsuz əsaslı ixtisaslara düşə bilmirsə, ödənişli əsasla oxuya bilər.
Azərbaycanda adıçəkilən vəzifələrə seçim demokratik yolla deyil,
təyinat üsulu ilə aparılır. Rektorları prezident təyin edir. Özəl ali
məktəblərə rektor seçimini onun təsisçisi və Ali Şurası müəyyənləşdirir.
Elə şəxs var ki, 30 ildir rektordur. Amma xarici ölkələrdə belə deyil.
Məsələn, Türkiyədə müddət 5 il qoyulubsa, həmin vaxt bitdikdən sonra
yenidən rektor seçilə bilər, amma üçüncü dəfə olmaz. Orada rektor seçimi
seçki yolu ilədir. Gələcəkdə bu məsələlərdə də demokratik yol üstünlük
təşkil edəcək. Yaxşı olardı ki, müddətli seçim qoyulsun. Sovet dövründə
direktorların təyini seçim yolu ilə aparılırdı. Bu gün direktoru Təhsil
Nazirliyi İcra Hakimiyyətinin razılığı ilə təyin edir. Artıq
direktorların təyinatında ictimai fikirlə, hökümət fikri ümumiləşərək
seçim olunur. Amma səriştəsiz direktorlarımızın da sayı çoxdur. Təəssüf
ki, belə direktorlar haradansa dəstək ala bilirlər. Belələrinin
arxasında təhsildənkənar qüvvələr dayanır. İnanıram ki, tədricən, elə
mexanizmlər yaranacaq ki, səriştəsiz direktorların özləri getməyə məcbur
olacaqlar.
Short URL: http://www.cumhuriyyet.net/?p=15862