Erməni Apostol kilsəsi Gürcüstana qarşı savaş açdı
Gürcüstanda durum nə zaman
ağırlaşırsa, ilk öncə ermənilər “Böyük Ermənistan” iddiasına dayanıqlı
şəkildə bu ölkəyə qarşı çeşidli yönlərdən hücumlar etməyi strateji
hədəfə çeviriblər. 1917-ci ildə Çarlıq Rusiyası çökən kimi Gürcüstanın
yarısına ərazi iddiası sərgiləndi və bu yöndə on minlərlə gürcü
vətəndaşı soyqırıma məruz qaldı. 1921-ci ildə sovet rejiminin qurulması
adı altında “Bolşevik Ordusu”nun tərkibində gürcülər qətliam edildilər.
1991-ci ildə sovetlər birliyi çökdükdə “Abxaziya”, “Güney Osetiya” və
“Erməni Cevaxk Respublikası” kimi etnik bölücülük siyasətində ermənilər
yenə də Gürcüstan dövlətinə qarşı xəyanətkar mövqedə durdular. Dünyada
hökm sürən indiki iqtisadi böhrandan yararlanaraq bu dəfə isə “450
kilsə” davasını açmışlar.
“Patriarxlıq” hədəflərinin sirri
Ermənilər
uzun müddət Gürcüstanda “Erməni Kilsəsi Patriarxlığı”nı yaratmaq üçün
dava açsalar da, rəsmi Tiflis bu hədəflərə qarşı kəskin mövqedə
olmuşdur. Çünki xristian aləmində bunun nə demək olduğunu elə bu
toplumların özləri çox yaxşı dərk edirlər. “İstanbul Erməni
Patriaxlığı”, “Kilikiya Erməni Patriaxrlığı”, “Rostov Erməni Kilsəsi
Patriarxlığı”, “Tehran Erməni Kilsəsi Patriaxrlığı”, “Batı ABŞ Erməni
Kilsəsi Partiarxlığı”nı yarandıqdan sonra bu dəfə Tiflisdə, yəni
Qafqazın tən ortasında bu hədəfə nail olmaqla Qafqaza sahib çıxmaq üçün
yeni davalar gündəmə gətirilməkdədir. Halbuki Eçmiədzin Patriaxrlığı
dışında yaranmış patriarxlıqların əslində heç bir hüququ olmayıb. Ona
görə ki, həmin qurumlar böyük dövlətlərin strateji hədəflərinə bağlı
olmaqla və ermənilərdən nökər kimi istifadə edilməsinin düsturuna bağlı
olmuşdur. İndiki məqamda Gürcüstanda iqtisadi və sosial anlamda
burulğanların tüğyan etdiyi dönəmin başlanmasını duyunca ermənilər
yenidən bu dövlətə qarşı iddialarını irəli sürməyə başlamışlar.
1993-2003-cü illər aralığında prezident Eduard Şevardnadze ölkədaxili
etnik bölücülüyün qarşısını almaq üçün Ermənistanı blokadaya almaqla
təhdid edərək bu prosesin qarşısını alırdı. 2003-2012-ci illər
aralığında isə prezident Mixeil Saakaşvili erməni bölücülük siyasətinə
qarşı sərt təpki göstərməklə yanaşı, bu hərəkatın lideri Vaan Çaxalyanı
həbs etdirmişdi. Beləcə, 1991-2014-cü illərdə ermənilərin ayrıca
“Apostol Kilsəsi” yaratmaq Gürcüstanda dəfn edilmişdi.
“Gürcü
Diləyi” Hərəkatı başda ünlü lider Bdzina İvanişvilinin hakimiyyətə
gəlməsinə baxmayaraq, dünyadakı iqtisadi və sosial böhran Gürcüstanın
iqtisadi durumuna ağır zərbələr vurub. Bunun üçün də gürcü siyasi və
iqtisadi texnoloqları mövcud durumdan çıxış yollarını aradığı dönəmdə
ermənilər bu dövlətə qarşı sarsıdıcı hədəflərini vurmaq üçün “Erməni
Apostol Kilsəsi”nin yaradılması iddiasını yenidən irəli sürüblər.
Tiflisdəki erməni yeparxiyayasının başçısı Vazgen Mirzəxanyan bu hədəfi
nəzərə alaraq açıq şəkildə belə demişdir: “Gürcüstanda ermənilərə məxsus
450 kilsə erməni kilsəsinə tabe edilməlidir”. Onun bu açıqlaması “Gürcü
Ortodoks Kilsəsi” patriarxlığını bir daha yenidən hiddətləndirmişdir.
Gürcü politoloqları qeyd edirlər ki, ermənilərin “Eçmiədzin Kilsəsi”nin
mövcud olması nəinki Ermənistan üçün, bütövlükdə Qafqazdakı və dünyadakı
ermənilər üçün yetərlidir. Ayrıca “Apostol Kilsəsi”nin yaradılması
xristanlıqda artıq dövlət məsələsi deməkdir. Gürcü xalqı və Gürcüstan
onların bu hədəflərinə qarşı öncələrdə olduğu kimi, ciddi şəkildə təpki
göstərməlidir.
“Cevaxk” hədəfləri
Gürcüstandakı
“Erməni Kilsəsi Yeparxiyası”, “Erməni Kilsələri Şurası”, “Erməni
Gəncləri İttifaqı”, “Erməni Ziyalıları Birliyi”, “Erməni Yazıçıları
Birliyi”, “Erməni Qadınları Şurası”, “Erməni Qəzetçiləri Birliyi” və
digər 14 təşkilat Ahısqa Vilayəti (gürcülər bu bölgəyə “Cevaxetiya”,
ermənilər “Cevaxk” adını vermişlər) daxil olmaqla, Gürcüstanın Borçalı
və Kaxetiya bölgələrindəki əski kilsələri öz nəzarətlərinə almağı hədəf
seçmişlər. Əslində bu kilsələr Qafqazda protoxristian mədəniyyətinin
irsidir. Həmin qədim kilsələr isə Alban Kilsəsi hesab edilir. Alban
Kilsəsinin hüquqi varisi indiki Qaraçay, Balkar, Ahısqa və Azərbaycan
Türkləridirlər. Bu gerçəkliyi faktiki olaraq bütün xristian mərkəzləri
yaxşı bilirlər. Mindəfələrlə təəssüflər olsun ki, Azərbaycan və Türkiyə
protoxristian mədəni irsi ilə məşğul olmamışlar. Buna görə də
Yunanıstan, Gürcüstan, Ermənistan, Suriya və Rusiya Azərbaycan və
Türkiyəyə qarşı daim ərazi iddialarını irəli sürürlər. Elə buna görə də
içimizdə yaşayan toplumları və çevrə dövlətlərini də bu strateji
hədəflərə asanlıqla yönəltmək taktikası ilə hərəkət edilir.
Bu
gün yenidən “erməni kilsələri” hədəflərini irəli sürməklə gürcülərin
iqtisadi baxımdan zəif duruma düşmələrini bəhanə edərək, köhnə
iddialarını sərgləməsi yönündə çoxsaylı “elmi əsərlər” dünyanın hər
yerində yayılmaqdadır. Ünlü gürcü tarixçisi Paata Buxraşvili bizimlə
söhbətində bunları bildirdi: “Ermənilər başqa xalqları ya
erməniləşdirmək, ya da onların maddi mədəni irsinə sahib çıxmaq
taktikası ilə yaşayan bir toplumdur. Onlar hansı toplum iqtisadi
baxımdan zəif duruma düşürsə, o zaman hərəkətə keçirlər. Bizim gürcü
kilsəsinin arxivlərində bu yöndə onminlərlə tarixi sənədlər vardır.
İndiki məqamda apostol kilsəsinə malik olmalarına baxmayaraq, ayrıca
patriarxlıq yaratmaq hədəflərini də gizlətmirlər. Halbuki, xristian
ölkələrində bir patriarxlıq mövcud ola bilər. Bu da həmin dövlətin
dominant xalqı və mədəniyyətinə bağlı olması şərti ilə. Ermənilər
Gürcüstanda “Cevaxk Erməni Kilsəsi Patriarxlığı” iddiasını irəli
sürməklə təkcə Gürcüstana qarşı deyil, gələcəkdə Türkiyənin Trabzon,
Ərzurum, İqdır, Kars, Ağrı, Muş, Azərbaycanın Naxçıvan, Qarabağ, Şəki,
Güney Azərbaycanın Urmu vilayətlərinə qarşı ərazi iddialarına rəsmi
status qazanmağı hədəf seçmişlər. Çünki həmin ərazilərdəki qədim tarixi
areal ortaq mədəniyyətlə uzlaşır. Bu faktı Gürcüstan, Türkiyə və
Azərbaycan birlikdə ortaya qoymuş olarsa, hamılıqla erməni
ekspansionizminin hədəfinin qarşısını qarşısını ala bilərik”.
İndiki
məqamda ermənilər xristianlığın diofizit və monofizit icma düzənini
biizm eranın V-VI yüzilliklərindəki mədəni qatlarını siyasiləşdirməklə
elmi gerçəkliyi gizlətməyi əsas strateji hədəfə çevirmişlər. Bütün
bunlar azmış kimi, həmin siyahıda yer alan kilsələri YUNESCO-nun tarixi
mədəni irsin qorunması siyahısına daxil etməyə çalışılır. Bu yöndə artıq
müvafiq sənədlər də hazırlanmaqdadır. Çünki həmin tarixi abidələrə
beynəlxalq statusun verilməsi, onlara erməni maddi mədəniyyətinin tərkib
hissəsi kimi baxılması, ən qısa zamanda “Erməni Cevaxk Respublikası”nın
yaradılması hədəflərinə yol aça bilər. İndiki məqamda bu prosesin
qarşısını gürcü diplomatları öz milli iradələri sayəsində ala bilmişlər.
Gürcüstan Erməni Kilsəsi Yeparxiyasının başçısı Vazgen
Mirzəxanyanın “Daşnaksütyun Partiyası”nın proqramı əsasında fəaliyyət
göstərdiyini isə, Tiflisdə və İrəvanda ermənicə dərc olunan mətbu
yayınlar da təsdiq edir. O, açıq şəkildə bəyan etmişdir ki: “Cevaxk tam
erməni statusunu almayınca bizlər Qafqaza sahib ola bilməyəcəyik”.
Borçalı projesinin hədəflərində “erməni məsələsi”
Borçalı
(gerçək adı Börü Çala) bölgəsinin dağlıq kəsiminin 1920-1923-cü illərdə
Ermənistana birləşdirməklə, Ahısqa vilayətinin erməniləşdirilməsi,
Abxaziya və Güney Osetiyanın yaradılması hədəfləri heç zaman Rusiya
dövlətinə xeyir gətirməmişdir. Zahiri görünüş baxımından Rusiya bu
bölücülük hədəflərindən qürurlansa da, sonuc olaraq qazanan tərəf
ermənilər olmuşlar. Rostov vilayətində XVIII yüzillikdə “Novo Naxiçevan
Erməni Kilsəsi Yeparxiyası”nın yaradıldıqdan sonra, Qafqaz Rusiya
tərəfindən işğala məruz qalmışdır. İndi Gürcüstanda ayrıca erməni
patriarxlığının yaradılması yönündə irəli sürülən hədəflərdən biri də,
Borçalının işğal edilməsi üçün tarixi və hüquqi, eyni zamanda beynəlxalq
statusun əldə edilməsi üçün zəmin hazırlanır. Azərbaycan Türkünə məxsus
olan bu qədim torpaqlar çox təəssüflər olsun ki, bizim alimlər
tərəfindən axeoloji və etnoqrafik baxımdan araşdırılmamışdır. Sadəcə
bugünün folklor irsi ilə yetiniblər. Bölgədəki qədim kurqanların adları
bəlli olmasına baxmayaraq, Sak, İskit, Maday, Xəzər, Hun, Gök Türk, Alan
və digər tarixi mədəni qatlar fundamental elmi konsepsiya şəklində
işlənilməmişdir. Linqvistik yanaşmalara belə, məhəlli biçimdə
yanaşılmışdır. Qaraçay, Balkar, Noqay, Ahısqa və Kumuk Türklərinin elmi
baxımdan Azərbaycan Türkləri ilə etnokulturoloji ortaqlığın olması bizim
elmi konsepsiyamızda yer almamışdır. Bütün bunları ermənilər diqqətlə
incələyərək, Borçalıdakı qədim Alban dövlətinin tarixi mirasını özlərinə
aid etməklə bölgənin strateji hədəfdə işğalı üçün zəmin hazırlamağa
çalışırlar. Keçmiş Sovetlər Birliyi dönəmində kilsələrin yasaq
edilməsindən yararlanaraq Alban məbədlərindəki bütün qədim yazılı
abidələr və kitablar Eçmiədzinə daşınması heç kimsə üçün sirr deyil.
Uzun illər ərzində bu mədəni irsin erməniləşdirilməsi üzərində çox ciddi
şəkildə işlənilmişdir. Bu gün Gürcüstana qarşı 450 kilsə iddiasının
arxasında da məhz bu prinsiplər dayanır. Borçalı və Ahısqa
vilayətlərindəki Alban məbədlərinə görə irəli sürülən iddialar da bu
hədəflərə bağlıdır.
“Gürcü Xristian Kilsəsi Patriarxlığı”nın
təmsilçisi Mikael Botkoveli bizimlə söhbətində bunları da bildirdi:
“Katalikos II İlyaya “Gürcüstan Erməni Kilsəsi Yeparxiyası”nın başçısı
Vazgen Mirzəxanyanın 450 kilsəyə sahib çıxmaq üçün etdiyi müraciəti
şəxsən özüm də oxudum. Daha sonra bu barədə onların ölkə prezidentinə,
parlamentinə və baş nazirinə müraciət etdiklərini öyrəndik. Ermənilər
Tiflisin Meydan məhəlləsindəki qədim Alban Məbədini bəhanə edərək həmin
abidənin içində özləri üçün patriarxlıq yaratmağı hədəf seçmişlər”.
Demək
olar ki, Tiflisin Meydan, Ortaçala, Saburtala, Cırdaxan məhəllələri
Azərbaycan Türklərinə məxsus olmuşdur. Ermənilər isə XVII yüzillikdə
Tiflisdən uzaqda “Havlavar” adlı məhəllə yaradaraq məskunlaşmışlar. Bu
gün Meydan məhəlləsindəki Alban məbədinə qarşı iddia irəli sürmək,
əslində Borçalıya sahib çıxmaq deməkdir. Bunun əsas səbəbi isə, Tiflisin
bu qədim məhəllələrinin sadəcə şəhər üçün deyil, bütövlükdə Azərbaycan
Türkləri üçün mədəni intibah rolunu oynaması faktı tarixi bir
geçəklikdir. Son iki yüz illik mədəni irsin özü belə bu həqiqətləri
sübut edir. Bu gün yenidən Tiflisdə intibah çağına doğru atılan
addımların hansı uzantılara doğru yönəldiyini ermənilər xain düşüncə ilə
təqib etməkdədirlər. Halbuki, burada hansısa antierməni hədəfləri yer
almışdır. Bu intibah doğal gerçəklərin bəlirtisidir.
Ermənilər isə xristianlıq maraqlarında yer almış kilsə siyasəti ilə bu prosesin qarşısını almaq üçün Borçalını hədəfə almışlar.
Ənvər BÖRÜSOY, Bakı-Tiflis-Bakı
Short URL: http://www.cumhuriyyet.net/?p=15863