Xoşqədəm Hidayətqızı 100 il əvvəl itkin düşən 5 qardaşı tapdı

28.01.2015 - 01:22

 

Azərbaycan və Türkiyə uğrunda
böyük mücadilələr vermiş, acı həyat yaşamış 5 qardaşın həyat
hekayəsi

 

1920-ci ildə erməni və rus vandallarının əlindən qaçan azərbaycanlı qardaşlarla bağlı ilginc xəbər var. Belə
ki, uzun axtarışdan sonra “Səni axtarıram” televerilişinin aparıcısı
Xoşqədəm Hidayətqızı 5 qardaşın maraqlı həyat heykayəsini araşdırıb və
tapıb.

“Bu
yaxınlarda “Səni axtarıram” verilişi  acı həyat hekayəsini ortaya
çıxartdı. 1920-ci ildə bir ailənin 5 qardaşı qaçıb erməni və rus
canilərindən canlarını qurtarır. Onların ikisi Cənubi Azərbaycana, 3-ü
 Türkiyəyə gedir. 1920-ci ildən bu günə qədər onlar  biir-birlərindən
xəbərsiz axtarışa çıxırlar. Hətta İran şahına belə, Türkiyədə yaşayan
qardaşlardan məktub yazan olubmuş ki, qardaşlarını tapmaqda onlara kömək
etsin”. Bunu Modern.az-a açıqlamasında ATV-nin “Səni axtarıram” verilişinin müəllif və aparıcısı Xoşqədəm Hidayətqızı deyib.

Aparıcı 3 il bundan əvvəl axtarışla bağlı verilişə edilən müraciətin acı həyat hekayəsi olduğunu deyib.  “Təsəvvür
edin,  illər sonra “Səni axtarıram” verilişinə müraciət etmişdilər.
1920-ci ildə darmadağın olan bir ailəni “Səni axtarıram” verilişi
axtardı və axtarışı yekunlaşdırdı. Hazırda Türkiyədə çəkilişlərdəyəm.
İnanılmaz həyat hekayəsidir. 1920-ci ildən bəri qardaşların axtarışı ilə
bağlı müraciət edilməyən elə bir qapı, elə bir ünvan qalmayıb. Amma
tapılmırdı. Sonda “Səni axtarıram” növbəti  uğurlu axtarışına  imza
atdı. Doğrudan da, acı həyat hekayəsidir. Azərbaycan və Türkiyə uğrunda
böyük mücadilələr vermiş, acı həyat yaşamış 5 qardaşın həyat
hekayəsidir. Axtarışı yekunlaşdırmışıq və tamaşaçılata təqdim edəcəyik”.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=15867

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930