Ermənilər atəşkəsi 113 dəfə pozub

28.01.2015 - 11:02

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində
iriçaplı pulemyotlar, minaatan və qumbaraatanlardan da istifadə etməklə
sutka ərzində atəşkəs rejimini ümumilikdə 113 dəfə pozub.
Azərbaycan Müdafiə Nazirliyinin xəbərinə görə, Ermənistan
Respublikasının İcevan rayonunun Paravakar, Vazaşen, Noyemberyan
rayonunun Barekamavan, Şavarşavan, Voskevan kəndlərində yerləşən
mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qaymaqlı,
Fərəhli, Quşçu Ayrım, Aşağı Əskipara kəndlərində və adsız
yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə
yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə
yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun Çiləbürt, Göyarx, Çaylı, Goranboy rayonunun Talış,
Ağdam rayonunun Kəngərli, Yusifcanlı, Şıxlar, Şuraabad, Mərzili,
Cəvahirli, Sarıcalı, Novruzlu, Qaraqaşlı, Xocavənd rayonunun
Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Veysəlli, Aşağı
Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin
Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri
atəşə məruz qalıb.
 
Düşmən cavab atəşi ilə susdurulub.

Short URL: http://www.cumhuriyyet.net/?p=15872

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728