Gədəbəy cəbhəsinə xain hücumun pərdəarxası
Düşmən Azərbaycana qarşı
təxribat taktikasını dəyişir ; Son vaxtlar Qarabağdakı təmas xəttində
ciddi itkilər verən ermənilər başqa istiqamətlərdə təxribatlara əl
atmaqdadır; ekspertlərə görə, bu, bir mesajdır ki, ordumuz nə vaxtsa
torpaqlar uğrunda əməliyyata başlasa, işğalçı qüvvələr başqa
istiqamətlərdə bizə problem yaradacaq…
Düşmən Azərbaycana qarşı
təxribat taktikasını dəyişir ; Son vaxtlar Qarabağdakı təmas xəttində
ciddi itkilər verən ermənilər başqa istiqamətlərdə təxribatlara əl
atmaqdadır; ekspertlərə görə, bu, bir mesajdır ki, ordumuz nə vaxtsa
torpaqlar uğrunda əməliyyata başlasa, işğalçı qüvvələr başqa
istiqamətlərdə bizə problem yaradacaq…
Ermənistanda
bu ölkənin hakimiyyəti və Rusiya əleyhinə etirazların gücləndiyi
şəraitdə Azərbaycana qarşı diversiya-təxribat hərəkətlərinin artacağı
barədə gözləntilərimiz təəssüf ki, özünü doğrultdu. Son günlər düşmən
tərəf ciddi itkilər verməsinə baxmayaraq xain hücumlarını davam
etdirməkdədir və təəssüflər olsun ki, bu hadisələr zamanı ordumuz da
itkilər verib. Özü də düşmən bütün cəbhə boyu azğınlığını davam etdirib.
Belə ki, İcevandan Ağstafanın kəndləri, həmçinin Gədəbəydəki
mövqelərimiz, Berd rayonundan Tovuzdakı yaşayış məntəqələrimiz, Tərtərin
kəndləri, həmçinin Ağdam və Füzulinin işğal altındakı ərazilərindən
mövqelərimiz atəşə tutulub. Azərbaycan ordusu yanvarın 24-də Goranboy
cəbhəsində 3 şəhid verib, həmçinin yaralılarımız var. Düşmən
həyasızcasına baş verənlərə görə Azərbaycanı günahlandırır.
gecikmiş hesabatı çarəsiz şəkildə Ermənistanın uğursuz xarici
siyasətinə bəraət qazandırmaq cəhdindən başqa bir şey deyil”,- deyə,
Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev İrəvana cavabında
deyib. Xatırladaq ki, Ermənistan prezidenti Serj Sarkisyan “təxribat nəticəsində öldürülmüş erməni əsgərlərinin həyatına görə Azərbaycan ağır əvəz ödəyəcək”,
– deyə Bakını hədələyib. H.Hacıyevin cavabında isə deyilir ki,
“beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Nizamnaməsinə zidd
olaraq, Azərbaycana qarşı işğal və təcavüz törətmiş dövlət kimi
vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın üzərinə
düşür”.
maraqlı fikirləri var. “Qərb Rusiya ilə sərhəddə ikinci gərginliyi
yarada bilər. Belə bir proqnozu hələ ötən il vermişdik. Bu, Cənubi
Qafqazda, yaxud birbaşa Şimali Qafqazın özündə baş verə bilər. Fikrimcə,
yeni hərbi münaqişənin yaranmasına cəhdlər olacaq. Biz artıq Cənubi
Qafqazda bunu görürük”. Bu fikri politoloq Vitali Arkov söyləmişdi. O,
Qarabağda yeni müharibənin baş verməsi ehtimalını yüksək dəyərləndirmiş,
II Qarabağ müharibəsinin qalibinin Azərbaycan olacağını demişdi.
duruma, xüsusən Tovuz-Gədəbəy zonasından aktivliyin daha çox müşahidə
olunmasına, düşmənin bu istiqamətlərdən həmlələrinin artmasına
diqqətçəkən baxışları var.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun
fikrincə, Gədəbəydə şəhid verməyimiz ondan xəbər verir ki, Ermənistanla
savaşa yalnız Qarabağda deyil, bütün sərhəd boyu hazır olmalıyıq:
“Görünür, qarşı tərəf Qarabağ istiqamətində bizə gücü çatmadığından
digər istiqamətlərdə uyğun hədəflər axtarır. Başqa yandan, bu bizə
mesajdır ki, əgər Azərbaycan ordusu nə vaxtsa Qarabağ istiqamətində
əməliyyata başlasa, Ermənistan ordusu bizə başqa istiqamətlərdə problem
yaradacaq. Önəmli olan bu mesaja necə cavab verəcəyimizdir. Müdafiə
naziri Zakir Həsənov həlak olan hər əsgər və zabitimizin intiqamını
düşməndən onqat alacağını açıqlamışdı. Bu hesabla 2015-ci ildə hələ çox
belə toqquşmanın şahidi olacağıq. Bir tərəf vuracaq, digər tərəf balans
pozulmasın deyə, əks-hücumla itkilərin sayını bərabərləşdirməyə
çalışacaq. Yalnız Bakıda Avropa Oyunları zaman toqquşmalara ara
veriləcək, atəşkəsə riayət ediləcək. Ermənistan da həmin günlərdə
atəşkəsi pozmaqda maraqlı olmayacaq, çünki həmin günlərdə idmançıları
Bakıda olacaq”.
nəticə gözləmədiyini bildirdi: “Atəşkəsin pozulub-pozulmamasına onlar
cavabdeh olmadıqlarına görə danışıqların
sürətləndirilib-sürətləndirilməməsi məsələsinə də nazirlər cavabdeh
deyillər. Bu görüş, sadəcə, danışıqların davam etməsi görüntüsü yaradır
ki, beynəlxalq aləm vəziyyətdən çox da narahat olmasın”.
Hərbi ekspert Üzeyir Cəfərova görə, Ermənistanda baş verən
hər hansı ciddi hadisə dərhal özünü cəbhə bölgəsində göstərir: “Əgər
indiyə kimi İrəvanda və ətrafdakı əyalətlərdə baş verən hadisələrin
xronologiyasına baxsaq, bu tendensiyanı açıq görmək mümkündür. Gümrüdəki
102-ci Rusiya hərbi bazasının əsgəri V.Permiyakovun 7 nəfərdən ibarət
bir erməni ailəsini xüsusi amansızlıqla qətlə yetirməsi və daxildə baş
verən ciddi narazılıqları bir qədər səngitmək üçün cinayətkar Sərkisyan
və Ohanyan cütlüyü, dərhal gərginlik mərkəzini cəbhə bölgəsinə
yönəldirlər. Əlbəttə ki, bu addımda bizim şimal qonşularımızın da
dəsti-xətti görünür. Ona görə də cəbhə xəttindəki son günlər artan
gərginliyin səbəblərindən biri və bəlkə də birincisi bu amildir desəm,
yanılmaram”.
qanunsuzluqları da əlavə etsək, qarşımıza çox mürəkkəb və rəngarəng bir
mənzərə çıxar: “Ona görə də bu tip hadisələr baş verəndə biz cəbhə
xəttində, xüsusən də Ermənistanla sərhəddə sayıqlığı birə-beş
artırmalıyıq. Aydın məsələdir ki, belə olan halda itkilərin olması da
mümkündür və yuxarı komandanlıq çalışmalıdır ki, şəxsi heyət son dərəcə
diqqətli və hazırlıqlı olsun”.
xatırlatdı ki, faktiki olaraq atəşkəs dövründə əsasən Qarabağ
cəbhəsində çox dinamik, intensiv, lokal toqquşmaların şahidi olmuşuq: “Ondan
kənarda istər Tovuz, Qazax istiqamətindən, istərsə də Naxçıvandan belə
genişmiqyaslı əməliyyatların, toqquşmaların şahidi deyildik. Bu, təkcə
ona görə belə olmayıb ki, erməni tərəfi əsas təxribatları Qarabağda
törədə biləcəyini yəqin edib və gücünü ora daşıyıb. Məsələnin məğzi həm
də ondan ibarət idi ki, heç şübhəsiz, ordan kənarda bu toqquşmaların
səbəbini xarici aləmə izah etmək qeyri-mümkün olacaqdı. Qarabağda
torpaq, guya hansısa tarixə şəriklik məsələsini qoyub nələrisə iddia
etmək mümkündür. Amma Gədəbəy, yaxud Tovuz və Qazaxda bu yöndə
məsələləri siyasi yöndən arqumentləşdirmək erməni hərbi və dövlət
rəhbərliyinə heç zaman müyəssər olmayıb. Odur ki, bu cinahda nisbi
sakitlik hökm sürüb”.
şəkildə ayırmalıyıq: “Gerçəklik ondan ibarətdir ki, 2014-cü ildə Qarabağ
cəbhəsində itkilər hətta Seyran Ohanyan səviyyəsində də etiraf olunub.
Adətən bu quzğunlar və Qarabağ savaşını həyata keçirənlər,
təcavüzkarlıqda bilavasitə iştirak edənlər normal reallığı tanımaqdan
uzaq, daha fərqli bir leksikonu tirajlayan adamlar idi. Amma 2014-cü
ildə ermənilər qeyd etdiyimiz cəbhədə hər hansı nisbi uğur da qazana
bilmədi, onlar üçün çox ağır oldu və 2015-ci ilə revanş götürmək kimi
bir mesajla adladılar. Amma son hadisələr onu sübuta yetirdi ki,
həqiqətən də güc nisbəti qeyri-bərabərdir. Azərbaycan özünün Silahlı
Qüvvələrindəki məlum dəyişikliklərdən sonra daha toparlanmış, səfərbər
olunmuş və yeni taktikalarla səngərə daxil olub. İndi ordu
birləşmələrimizin qarşısında yeni vəzifələr var. Silahlı Qüvvələrin
rəhbərliyi səviyyəsində qərargah planları əvvəlki dövrdən xeyli
fərqlənir.
Bunu ermənilərin və yaxud onların kəşfiyyat məlumatları da müəyyən
bir səviyyədə əldə edib. Onlar görürlər ki, həqiqətən də Azərbaycan
qarşı tərəfi var-yoxdan çıxarmaq, iqtisadi cəhətdən çökdürmək, həmçinin
bu itkilərin Ermənistanda nəticə verməsinə apelyasiya edir, daha çox ona
işləyir. Həmin Sərkisyan rejimi ondan narahatdır ki, Qarabağdakı
döyüşlər onun hakimiyyətinin iflası və bütövlükdə istefaya getməsi ilə
sonuclana bilər. Odur ki, Gədəbəy cəbhəsindən zərbə vururlar. Mənim
aləmimdə bu, o demək idi ki, Azərbaycan qüvvələri parçalasın, taktiki
cəhətdən hədəfdən yayınsın, imkanlarını daha geniş məkana paylamaqla
ermənilərin növbəti zərbəni haradan vura biləcəyini yəqin edə bilməsin.
Belə demək mümkündürsə, onlar manevr edirlər, manipulyasiyadadır və
işarə edirlər ki, cəbhə xətti geniş bir məkandadır”.
ki, bundan sonra hər hansı terror planları da meydana çıxa bilər.
Məhdud qrupların diversiyası Azərbaycanın içərilərinə irəliləmək və
orada zərbə vurmaqla geri dönmək yolunu seçə bilərlər. Çünki
genişmiqyaslı toqquşmalar onlara fayda vermir. Azərbaycan göstərir ki,
artıq hədəf vertolyot, tank, top və zabitlərdir. Yəni bəlkə də əsgərlər o
qədər önəmli deyil, Azərbaycanın hədəfində deyil”.
Məclisin 2 fevral iclasında fikirlərini bölüşəcək: “Parlamentdə bu
məsələlərlə bağlı dinləmələr qərarı hər zaman müxtəlif reaksiyalar
doğurub. Bir çoxları bunu müharibəyə çağırış, ikincilər ordunun
parlament qarşısında hesabat verməsi kimi dəyərləndirib. Ona görə də
indiyədək səsləndirilən təkliflərdən müəyyən mənada daşınırıq”.
ilin avqust olaylarında cəbhə xəttindən sonra yaranmış durumda media
ilə Müdafiə Nazirliyi eyni mövqedən çıxış edirdisə, son günlərdə biz
bunun şahidi olmuruq. Yəni yenidən erməni təxribatının təsirləri mediada
hiss olunmaqdadır. Bəzən yoxlanılmamış informasiyalar cəmiyyətə
ötürülür ki, bu da nəticədə cəmiyyətdə anlaşılmazlığa yol açır.
Yadımızda saxlamalıyıq ki, cəbhə xətti bu gün təkcə Ağdam, Füzuli,
Goranboydan və digər ərazilərdən keçmir, eyni zamanda mətbuatdan da
keçir. Necə ki, səngərdə əsgər dirəniş göstərirsə, burada da media
nümayəndələri nəzərə almalıdır və hər hansı yanlışlığa yol
verməməlidir”.(musavat.com)
Short URL: http://www.cumhuriyyet.net/?p=15873