Mədət Quliyevin çətin günləri
Həbsxanalarda yoxlamalara başlanılması ilə bağlı ölkə başçısının qərarı
gözlənilir
Həbsxanalarda yoxlamalara başlanılması ilə bağlı ölkə başçısının qərarı
gözlənilir
Həbsxanalarda
işgəncə faktları və müəmmalı məhbus ölümləri Penitensiar Xidmətin rəisi
general-mayor Mədət Quliyevə ciddi problemlər yaradıb. Son bir ayda baş
verənlərin statistikası artıq hökumətin müvafiq qurumlarını narahat
edib. Son olaraq Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində
İsrayıl İsmayıl oğlu Ağayevin özünü asması hökumət çevrələrində
M.Quliyevi ciddi qınağa gətirib.
edək ki, bu, son bir ayda Penitensiar Xidmətlə bağlı üçüncü qalmaqallı
hadisədir. Bundan əvvəl 14 saylı həbsxanada məhkum Elşad Babayev işgəncə
ilə öldürülmüşdü. Penitensiar Xidmət Elşad Babayevin ürək tutmasından
öldüyünü bildirsə də, mərhumun bacısı Simuzər Babayeva qardaşının
işgəncə ilə öldürüldüyünü təsdiq edən fotolar yaymışdı. Bunun
ardınca isə Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunu qətlə
yetirməkdə təqsirləndirilən Lamiyə Quliyevanın həbsxanada uşaq dünyaya
gətirməsi gündəmi zəbt etdi. Penitensiar Xidmət hələ də bu hadisə ilə
bağlı ağlabatan izahat verməyib.
baş verənlərlə bağlı müxalifətin bəyanatları bir yana, hüquq
müdafiəçiləri, xüsusilə İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri
Elçin Behbudov Mədət Quliyevi qisasçılıqda ittiham edir. Hüquq
müdafiəçisi son açıqlamasında deyib ki, PX rəisi ona müraciət edən
məhbuslara işgəncə verdirir. “Artıq üç ilə yaxındır ki, haqlı tənqidimə
görə Mədət Quliyevin göstərişi ilə mənə cəzaçəkmə müəssisələrində
monitorinq aparmağa məhdudiyyət qoyulub. İşgəncələrə Qarşı Azərbaycan
Komitəsinin cəzaçəkmə müəssisələrində monitorinq aparmasına qadağa
qoymasına nə ad vermək olar? Onlar cəzaçəkmə müəssisələrində saxlanılan
şəxslərə qarşı işgəncə və qeyri-insani rəftarı gizlədirlər. Hazırda biz
bu cür təzyiqlərə məruz qalan insanlarla görüşə bilmirik. Buna da Mədət
Quliyev tərəfindən göstəriş verilib” deyə, hüquq müdafiəçisi bildirib.
Xidmətə 2011-ci ilin fevralından rəhbərlik edən M.Quliyev bu vəzifədə
Nazim Ələkbərovu əvəz edib. Prezidentin sinif yoldaşı olan N.Ələkbərovun
o zaman işdən çıxarılmasına əsas səbəb kimi də məhz həbsxanalardakı
dözülməz vəziyyət göstərilirdi. M.Quliyevin rəis təyin olunmasından
sonra türmələrdə xüsusi qaydalar qoyulduğu, nüfuzlu dustaqların
yaratdığı “obşak”larını dağıtdığı barədə xəbərlər yayıldı.
Xidmətin rəhbərinin rəis təyin edildikdən sonra ədliyyə naziri
F.Məmmədovun kadrlarını da işdən çıxardığı barədə xəbərlər var. Ədliyyə
orqanlarında cərəyan edən proseslərdən xəbərdar ola mənbənin
bildirdiyinə görə, nazirlə müavin arasında (M.Quliyev həm də ədliyyə
nazirinin müavinidir) münasibətlər indi əvvəlki kimi isti deyil.
Mənbənin iddiasına görə, xidmət rəhbərinə müəyyən güzəşt edən nazir ona
yerini göstərmək üçün əlverişli məqam gözləyir. “İndi belə bir məqam
yetişib”, – deyən qaynağımız onu da qeyd edib ki, hər şey ölkə
başçısının həbsxanalarda yoxlamalara başlanılması ilə bağlı gözlənilən
qərarından asılı olacaq.
mediasına müsahibəsində PX rəhbəri maraqlı açıqlama da verib. O, deyib
ki, onların fəaliyyətlərinə ədliyyə naziri özü nəzarət edir: “Qanundankənar hərəkətimiz olsa, cızığımızdan çıxsaq, bizi də qulağımızdan tutub çölə atarlar”, – deyə, M.Quliyev bildirib. Hökumətin
həbsxanalardakı durumla bağlı narahatlığı üçün ciddi səbəblər var.
Həbsxana qapalı məkan olsa da, ölkədəki vəziyyətə adekvat reaksiyalar
verə bilir və bəzən elə hər şeyin dustaqların qaldırdığı bir etirazla da
alovlanması mümkündür. Bu səbəbdən yaxın günlərdə həbsxanalardakı
vəziyyətə hökumətin ən yüksək səviyyədə müdaxilə etməsi, kimlərinsə
vəzifəsini, poqonunu itirməsi tam mümkündür. (musavat.com)
Short URL: http://www.cumhuriyyet.net/?p=15874