Qardaşı üçün polisə 500 min rüşvət təklif etdi və həbs olundu
Rusiyada rüşvət üstündə daha bir azərbaycanlı saxlanılıb.
ANS PRESS-in “RİA Novosti”yə istinadla verdiyi məlumata görə, Moskva
yaxınlığında külli miqdarda narkotik daşımaqda ittiham edilən Azərbaycan
vətəndaşı saxlanılıb.
O, böyük partiya marixuana daşımaqda şübhəli bilinərək saxlanılıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, Moskva vilayətinin
Podolsk şəhərində saxlanılan şəxsin qardaşı narkotiklə mübarizə
idarəsinin əməkdaşlarının kabinetinə gəlib: “O, saxlanılan şəxslə bağlı
sübutları saxtalaşdırmaq üçün 500 min rubl (5850 manat) məbləğində
rüşvət təklif edib”.
Qeyd edək ki, saxlanılan şəxsin və qardaşının adı açıqlanmayıb.
Narkotik daşımaqda şübhəli bilinən kişi və qardaşını xilas etmək üçün
polisə rüşvət təklif edən şəxs barəsində cinayət işi açılıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=15875