Metroda aləm bir-birinə dəydi: ürəyi gedən kim, işə gecikən kim…
hadisələrdən danışırlar. Qatarların geçikməsi, tabloların işləməməsi,
sərnişinləri təxliyyəsi. Əsasən “Elmlər Akademiyası” – “28 May”
stansiyaları arasında baş vermiş hadisələrdə zərər çəkən sərnişinlər
olub.
ANS PRESS-in Milli.az-a istinadən verdiyi məlumata görə, qatarın
geçikməsi səbəbindən platformada yaranan sıxlıq bir neçə insanın
bayılmasına səbəb olub. Hadisə yerinə təcili tibbi yardım briqadaları
cəlb olunub. “Elmlər Akademiyası” stansiyasında baş vermiş hadisədə
yaşlı qadının havasızlıqdan ürəyi gedib.
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və
ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev açıqlamasında 38
saylı qatarda nasazlıq yarandığını bildirdi: “Nizami” – “Elmlər
Akademiyası” istiqaməti üzüyuxarı olduğuna görə qeyd olunan qatar
hərəkət edə bilməyib. Sərnişinlər qatardan düşürdülüb, qatar depoya
göndərilib”.
Tabloların işləməməsindən xəbərsiz olduğunu deyən Nəsimi Paşayev
nasazlıqların mövcudluğunu istisna etməyərək bildirdi ki, tabloların
yenilənməsi və dəyişdirilməsi prosesi gedir.
Short URL: http://www.cumhuriyyet.net/?p=15876