Aydın Mirzəzadə: “Xankəndi şəhərinin büdcəsi bir maddə kimi 2021-ci ilin müdcəsinə salınmalıdır”

24.12.2020 - 15:23

“Azərbaycanın qədim şəhərlərindən olan Xankəndinin statusu bərpa edilməlidir. Xankəndi şəhərinin dövlət strukturları formalaşdırılmalı, bu şəhərin büdcəsi bir maddə kimi 2021-ci ilin müdcəsinə salınmalıdır”.

Bu fikirləri Milli Məclisdə, hökumətin iştirakı ilə keçirilən büdcə müzakirələrində deputat Aydın Mirzəzadə söylədi. Millət vəkili qeyd etdi ki, bu istiqamətdə addımın atılması Azərbaycanın Xankəndidəki suverenliyini göstərən bir amil olacaq.

A.Mirzəzadə müharibədən sonrakı dövr üçün atılmalı olan addımlardan bəhs etdi. “Azərbaycanda hərbçi, müəllim və həkim yüksək maaş almalıdır, bu istiqamətdə artıq işlər gedir. Dünən bildirildi ki, səfərbərliyə çağırılanlar ayda 400 manat maaş alacaq”.Deputat banklardakı yüksək faizə də etiraz edərək, dedi ki, Mərkəzi Bank, Maliyyə Nazirliyindən, hörmətli Baş nazirdən xahiş edirəm, banklardakı kredit faizinin aşağı salması istiqamətində addım atsınlar. Onun sözlərinə görə, banklarının bəzilərinin vəsaiti var, amma o vəsaiti aşağı faizlə vətəndaşlara verə bilmirlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=158793

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031