Bakıda uşağı olmayan sonsuz kişi özünü yandırdı
Ailədə övlad izdivacda olanların ruhu, çox hallarda isə yaşam stimuludur.
Övladın olmaması isə qəm və kədərlə bahəm, həyatdan küskünlük də
yarada bilər. Milli.az xəbər verir ki, Bakıda ötən gün ata olmaq arzusu
cavan bir kişini yandırıb.
Nizami rayonu, Keşlə qəsəbəsində yaşayan 36 yaşlı İlham Məmmədov uzun
müddət övladının olmamasına görə özünə qəsd edib. O, yaşadığı evin
həyətində üzərinə ağ neft tökərək yandırıb. Çətinliklə söndürülən
İ.Məmmədov xəstəxanaya çatdırılıb.
Nizami Rayon Prokurorluğundan sayta bildirilib ki, İ.Məmmədovun
bədəninin 65 faizi yanıb. Vəziyyəti ağır olduğundan onu dindirmək
olmayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=15884