Tikinti şirkətlərinin dələduzluqları bitib tükənmir

28.01.2015 - 13:10

“Abşeron LTD-2013” tikinti şirkəti Xırdalan sakininin evini 2-ci dəfə satıb

Bakıda dələduzluqla məşğul olan kifayət qədər tikinti şirkətləri
məsuliyyətə cəlb olunsa da, hələ də bir çox tikinti şirkətləri
vətəndaşları dolandırmaqda vəbir mənzili bir neçə şəxsə satmaqda davam
edirlər.

Elə bu məsələ ilə bağlı Xırdalan şəhər “Quşçuluq” yaşayış massivi 3-cü
keçə, döngə 1, ev 9 da yaşayan Hüseynov Malik PİA.AZ-ın elektron
ünvanına şikayət məktubu ünvanlayıb. Şikayət məktubunda M.Hüseynovun
“Abşeron LTD-2013” tikinti şirkəti tərəfindən aldaıldığı və pulunu
ödədiyi mənzilin başqa birisinə satıldığı qeyd olunur.

Malik Hüseynovun elektron poçtumuza göndərdiyi məktubu olduğu kimi oxucularımıza təqdim edirik:

“Hörmətli redaksiya sizə müraciət edərək bildirirəm ki, mən Hüseynov
Malik Oruc oğlu (Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 3-cü küçə,
döngə 1, ev 9-da qeydiyyatda olan), 2006-cı ildə Xırdalan şəhəri
M.Hüseynzadə küçəsi 1 saylı ünvanda “Fuad LTD” firması tərəfindən inşa
edilən yaşayış binasından valideyinlərim ücün 121 saylı mənzilin
dəyərini tam və özüm ücün isə 122 saylı mənzilin dəyərinin yarısını
ödəməklə müqavilə yolu ilə almışam. Binada işlər 2009- cu ilədək davam
edib, lakin 2009-cu ildən etibarən “Fuad LTD” firması tikintini davam
etdirə bilmədiyi üçün sakinlər Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə
şikayət etdilər. Sakinlərin şikayətindən sonra istintaq başlandı və mən
həmin istintaqda zərərcəkmiş şəxs qismində tanınmışam.

İstintaqdan sonra bizə məlum olmayan səbəbdən tikintinin davam
etdirilməsi “Abşeron LTD 2013” (VÖEN 10000 58691) adlı firma həyata
kecirməyə başladı. Həmçinin “Abşeron LTD-2013” adlı şirkətə
zərərçəkənlərin evlərinin tikilib təhvil verilməsi hüquqi varis kimi
onlarin üzərinə qoyuldu.

Ancaq 2006-ci ildə aldığım mənzilimi “Abşeron LTD 2013″ – in rəhbərləri
Azər Tağiyev və Araz adli səxslər 07 dekabr 2014 -cu il tarixdə
qeyri-qanuni olaraq 2-ci dəfə kənar adama satıblar. Hazırda mənə məxsus
olan mənzildə basqa şəxs tərəfindən təmir işi aparilir və mən ailəmlə
uzun müddətdir kirayələrdə qalmağa məhkum olunmuşam”.

Xatırladaq ki, tikinti şirkətlərinin asanlıqla dələduzluq edə
bilmələrinin əsas səbəblərindən biri bir qayda olaraq tikinti şirkətləri
ilə alıcı vətəndaşlar arasında müqavilə imzalanarkən həmin müqavilələr
notarial qaydada təsdiq olunmur. Müqavilənin notarial qaydada təsdiq
olunmasına qarşı isə tikinti şirkətləri birbaşa qarşı çıxırlar və
bildirirlər ki, onlar müqaviləni yalnız öz möhürləri ilə təsdiq edə
biləcəklərini bildirirlər. İsrar edənlərə isə sadəcə ev satmaqdan imtina
edirlər. Bu isə tikinti şirkətlərinin sonradan dələduzluq edə bilmədəri
üçün geniş imkanlar yaradır. Həmçinin bu yolla tikinti şirkətləri
dövlətdən kütləvi şəkildə vergi gizlədirlər ki, bu da sonucda büdcəninin
milyonlarla manat vəsaitdən məhrumolmasına gətirib çıxarır.

Qəribədir ki, illərdir bu problemə dövlət orqanları göz yumur və tikinti
şirkətlərinin vətəndaşlarla müqavilələrinin notarial qaydada təsdiqini
məcburi hala gətirilməsi üçün heç bir addım atmırlar. Burda rüşvət və
korrupsiya hallarının rol oynaması da istisna olunumur. Əks təqdirdə
tikinti şirkətlərinin davamlı olaraq və böyük miqyasda dələduzluq edə
bilmələrini necə yozmaq mümkündür?

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

Short URL: http://www.cumhuriyyet.net/?p=15885

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728