Qalmaqallı sülhməramlı sorğusu – STM rəsmisi canlı yayında…

25.12.2020 - 15:29

Sosial Tədqiqatlar Mərkəzinin (STM) Qarabağa yerləşdirilən sülhməramlı qüvvələrlə bağlı əhali arasında keçirdiyi sorğunun nəticələri müzakirələrə yol açıb.

STM-in təqdim etdiyi nəticələrə görə, əhalinin cəmi 1 faizi yalnız Rusiya sülhməramlılarının bölgədə sülhü təmin edəcəyini düşünür.

Qurumun keçirdiyi sorğuda 44,6% isə hesab edir ki, rus sülhməramlıların bölgəmizə gəlişi neqativ nəticələrə səbəb olacaq.
Bu da kifayət qədər böyük rəqəmdir. Cəmiyyətin az qala yarısı rus ordusundan müsbət iş gözləmir.

maraqlıdır ki, Rusiya prezidenti Vladimir Putinin 44 günlük müharibədə Azərbaycana qarşı ədalətli mövqe tutması, “Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir” bəyanatları verməsi də cəmiyyətimizdə Moskvaya inam-etibarı artırmayıb.

Baxmayaraq ki, Rusiya müharibəyə qarışmadı, müttəfiqi Ermənistana lazımı dəstəyi vermədi, Putin müharibənin Azərbaycan ərazisində getdiyini açıqladı, yenə də əhali rus qoşunlarının Qarabağa yerləşməsinə pozitiv hadisə kimi baxmır.

Hətta təhlükə olduğunu düşünür, özünün hərbi baza quracağını, erməni silahlı birləşmələrini qoruyacağını hesab edir. Bunun səbəbi nədir? Sorğunun nəticələri tam reallığı əks etdirirmi? Rusiya nə etməlidi ictimai rəyə təsir etsin?

TV Musavat-ın canlı yayınında, saat 15:30-da “Həftə İçi” proqramının aparıcısı Emil Salamoğlu STM-nin mətbuat xidmətinin rəhbəri, siyasi ekspert Əziz Əlibəyli ilə bu suallara cavab tapmağa çalışacaq.

Verilişi aşağıdakı linklər vasitəsilə izləyə bilərsiniz:

Youtubedəki səhifəmizin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Facebookdakı səhifəmizin ünvanı:

https://www.facebook.com/NewMusavat/

Musavat.com

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=158856

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031