Partiya sədri Belarusdan 22 ton kanfet, 2 vaqon kartof gətirdi

29.01.2015 - 00:52

Milli Dirçəliş Partiyasının sədri Sabir
Tanrıverdiyevin hakim dairələr yanında etimadını itirməsi onun biznes
fəaliyyətinə də mənfi təsirini göstərməkdədir. Elə onun nəzarəti altında olan
Sumqayıt maşın bazarı ilə bağlı yaşananlar da bunun təsdiqi kimi çıxış edə
bilər. Düzdür sözügedən
maşın bazarı bu gün də fəaliyyət göstərir. Amma bu bazarda S.Tanrıverdiyevin
ancaq adı var, onun Sumqayıt maşın bazarında 20 faizə sahib olduğu deyilir.

Məlumatlı mənbənin sözlərinə görə, Sabir Tanrıverdiyev artıq əvvəlki
etimad və hörmətin sahibi olmadığı üçün onun maneəsiz olaraq respublikada
bizneslə məşğul olmasında da problemlər yaranıb. Partiya sədri özünə
qarşı olan mövcud etimadsızlığı aradan qaldırmaq məqsədilə çoxsaylı cəhdlər
göstərməsinə rəğmən onun səyləri hər dəfəsində nəticəsiz qalıb. Mənbə bildirir
ki, səylərinin nəticəsiz qaldığını görən Sabir Tanrıverdiyev alternativ yollar
aramaq eşqinə düşüb. Məhz bu səbəbdəndir ki, S.Tanrıverdiyev
ara-sıra ölkədə olmur. Onun daha çox Belarusiya respublikasına səfər etdiyi
deyilir. Bununla bağlı məlumatlı mənbənin cumhuriyyet.az-a verdiyi məlumata
görə partia sədi Belarusiyaya son səfərindən də əliboş qayıtmayıb. Mənbənin
sözlərinə görə Tanrıverdiyev keçmiş sovet respublikasından Azərbaycana 22 ton
konfet, 2 vaqon-150 ton isə kartof gətirib. Hazırda bu mallar Sumqayıtda, daha
çox isə Milli Dirçəliş Partiyasının bu şəhərdəki ofisinin yanında elə
S.Tanrıverdiyevin özünə məxsus bazarda satışa çıxarılıb. Yeri gəlmişkən, bir
neçə il əvvəl “Fatimei Zəhra” adlanan bu bazarın adının üzərindən götürülmə
səbəbi və islam aləmində müqəddəs sayılan adın S.Tanrıverdiyevə necə bağlı
olması haqda da mənbəmiz ilginc məlumatlar verib. Dəqiqləşdirmələrimizdən sonra
bu məlumatları diqqətinizə çatdıracayıq…

Short URL: http://www.cumhuriyyet.net/?p=15888

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728