Starsburqda türk-erməni savaşı
Yanvarın 28-də Avropa İnsan Haqları Məhkəməsində Türkiyə İşçi
Partiyasının sədri Doğu Perinçekle İsveçrə hökuməti arasında “erməni
soyqırımı” məsələsi ilə bağlı növbəti məhkəmə prosesi keçirilib. Avropa
İnsan Haqları Məhkəməsinin 17 nəfərlik hakim qrupu İsveçrə hökumətinin
vəsatətinin baxılmasına başlayıb. Yada salaq ki, Doğu Perinçek
İsveçrənin qondarma erməni soyqırımını tanıması qərarından Avropa İnsan
Haqları Məhkəməsinə şikayət etmişdi. 2013-cü il dekabrın 17-də AİHM
Türkiyə siyasətçisinin iddiasını təmin edib. Məhkəmə qərarında
göstərilir ki, İsveçrə hökumətinin 1915-ci il olaylarını erməni
soyqırımı kimi tanınmasının, eləcə də baş verənləri yəhudilərə qarşı
törədilən Holokostla müqayisə edilməsinin heç bir hüquqi əsası yoxdur,
ermənilərin haqqında danışdıqları olaylar Birləşmiş Millətlər
Təşkilatının soyqırımın təyin edilməsi prinsiplərinə uyğun deyil. Daha
sonra İsveçrə qərara yenidən baxılması üçün vəsatət verib. Yanvarın
28-də bu vəsatətlə bağlı tərəflərin çıxışı dinlənib.
Doğu Perinçeki məhkəmədə 3 vəkil təmsil edir. Onlardan biri
Fransanın hüququ professoru, vəkil Loran Peçerodur. Loran Peçero Avropa
İnsan Haqları Məhkəməsində böyük iş təcrübəsi olan şəxsdir. İkinci vəkil
Türkiyədən professor, hüquq elmləri doktoru Süheyl Batum, üçüncü vəkil
Mehmet Cengizdir. Hər iki şəxs Türkiyənin konstitusiya hüququ uzmanları
içərisində seçkin bir şəxlərdəndir. Məhkəmədə müdafiə tərəfi 30
dəqiqəlik çıxış hüququndan istifadə edib. 5 dəqiqə isə Doğu Perinçekə
ayrılıb. Bundan başqa Türkiyə Xarici İşlər Nazirliyini Almaniyadan olan
vəkil təmsil edib. Onun çıxışı 50 dəqiqə davam edib.
Avropa məsələləri üzrə nazir Eğemen Bağış, ana müxalifət Cümhuriyyət
Xalq Partiyasının keçmiş sədri Dəniz Baykal da qatılıb. Ancaq Türkiyədən
prosesi izləmək üçün Strasburqa gələn 220 nəfərlik nümayəndə heyətindən
cəmi 7 şəxsə məhkəmə zalına daxil olmaq imkanı verilib. AİHM-dən
bildirilib ki, zal doludur. Türkiyə İşçi Partiyasına AİHM-dən göndərilən
rəsmi məktubda bildirilir ki, məhkəməni izləmək üçün Avropadakı erməni
diasporlarının nümayəndələri daha erkən müraciət edib.
sayır. Partiya rəhbərliyi “Yeni Müsavat”a açıqlamasında bildirib ki,
proses beynəlxalq vəkillərin birbaşa nəzarəti altında getdiyi üçün bütün
prosedurlar, o sıradan tərəfdarların məhkəmə zalında prosesi izləməsi
üçün müraciətlər zamanında edilib. Ancaq hansısa səbəblərdən Avropa
İnsan Haqları Məhkəməsi türk yox, erməni diasporlarının iştirak
müraciətlərinə müsbət cavab verib.
həm türklər, həm də ermənilər aksiya keçirib. Ermənilərin aksiyasında
təxminən 20, türklərin aksiyasında isə 5 mindən artıq insan iştirak
edib. Dinc aksiyada asayişi Strasburq polisi qoruyub. Heç bir insident baş verməyib.
reportaj verib. Aksiyada iştirak edən bir çox ictimai-siyasi liderlər
proseslə bağlı fikirlərini açıqlayaraq bildiriblər ki, bu proses təkçə
bir şəxsin, bir partiyanın deyil, bütünlükdə türk dünyasının
mübarizəsinin simvoludur.
Aksiyada Türkiyə bayraqları ilə yanaşı Azərbaycan, Türkmənistan,
Almaniya, Fransa bayraqları da dalğalanıb. Avropanın bir çox ölkəsində
yaşayan türklər Perinçekə dəstək vermək üçün aksiyaya qatılıb. Strasburq
aksiyasını təşkilatı işlərinə, eləcə də aksiya günü nizamın təmin
olunmasına Strasburqda təhsil alan türk tələbələr ciddi dəstək verib.
proses uğurla keçib. Tərəflərin öz iddialarını əsaslandırması üçün
məhkəmə heyəti normal şərtlər yaradıb. Yaxın 3 ayda məhkəmənin
İsveçrənin vəsatəti ilə bağlı qərar verəcəyi gözlənilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=15891