Həyat yoldaşının xəyanətinə dözməyən ər övladlarını öldürüb intihar etdi

27.12.2020 - 10:44

Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərinin sakini həyat yoldaşı ilə mübahisədən sonra iki övladını öldürərək daha sonra intihar edib.

Bu barədə “KP-Ufa” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, polisə həyat yoldaşının və uşaqlarının itkin düşməsi barədə məlumatı verən qadın məhz aralarında yaranan mübaisədən sonra ərinin və övladlarından xəbər tuta bilmədiyini deyib.

Polislər tərəfindən sorğu-sual edilən qadın etiraf edib ki, münaqişə qısqanclıq zəminində yaranıb.

Qadın həmkarları ilə birlikdə bir məclisdə iştirak etdiyini və şənlikdən sonra evə gələrək ərinə başqası ilə xəyanət etdiyini etiraf  edib.

Bundan sonra kişi biri yaşında və altı yaşında uşaqları ilə birlikdə evdən çıxıb və bir daha geri qayıtmayıb.

Qadın bildirib ki, həyat yoldaşının telefonu cavab verməyəndə o, şübhələnməyə başlayıb.

Tezliklə qadın ərinin evi tərk etməzdən əvvəl yazdığı məktubu tapıb və dərhal polisə müraciət etmək qərarına gəlib.

Bir neçə saat sonra hüquq-mühafizə orqanları kişini və onun iki övladlarını avtomobilin salonunda ölü vəziyyətdə tapıblar.

Dəhşətli insidentlə əlaqədar cinayət işinin açıldığı qeyd olunur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=158917

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031