1 azərbaycanlı 40 ermənini pərən-pərən saldı

29.01.2015 - 00:24

Hüquq müdafiəçisi Əhməd Şahidov Strasburqda ermənilərin aksiyasına müdaxilə edib. Əhməd Şahidovun ANS PRESS-ə verdiyi məlumata görə, onun Xocalı soyqırımından danışması erməni millətçilərini özündən çıxartdıb. Yanvarın 28-də Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament
Assambleyasının növbəti iclası keçirilib. Avropalı deputatların iclas
keçirdikləri zaman AŞPA binası qarşısında müxtəlif millətlərin
diasporları etiraz aksiyaları keçirirdilər.
Təqribən 40-a yaxın erməni nümayəndəsi də AŞPA binası qarşısında
qondarma “erməni qoyqırımı”nın tanınması ilə bağlı aksiya keçirirdi.
Qarşı tərəfdə isə 5000 Türkiyə və Azərbaycan diaspor nümayəndələrinin
iştirakı ilə izdihamlı mitinq keçirilirdi.

AŞPA müzakirələrində iştirak edən Azərbaycan Demokratiya və İnsan
Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov da həmin aksiyaları müşahidə
edib. Ermənilərin aksiyasına yaxınlaşan hüquq müdafiəçisi əvvəlcə
ermənilərin nəyə etiraz etdiklərini soruşub və aksiya iştirakçılarını
dinləyib. Daha sonra Xocalı soyqırımı barədə söz açan hüquq müdafiəçisi
ermənilərin etirazları ilə qarşılaşıb və ermənilər uca səslə Əhməd
Şahidova qarşı etiraz şüarları səsləndirməyə başlayıblar. Aksiyanı
mühafizə edən Strasburq polisi qarşıdurmanın baş verməməsi məqsədilə
Əhməd Şahidovu hadisə yerindən uzaqlaşdırıb və ermənilərin aksiya
keçirilən yeri tərk etmələrini tələb edib. Ermənilər aksiyanı yarımçıq
dayandırıb və ərazini tərk ediblər.

Short URL: http://www.cumhuriyyet.net/?p=15893

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728