Abşeronda axtarışda olan şəxs tutulub
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan İ.Süleymanov saxlanılıb.
Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, ətrafında aparılan tədbirlərlə onun Saray qəsəbəsi ərazisində 5 həyətyanı sahədən ümumilikdə 5 velosiped oğurlaması da müəyyən edilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=158978