Milli Şura martdan kütləvi aksiyalara başlayır…

29.01.2015 - 01:54

Seçki ilinə qədəm qoysaq da cəmiyyətə əvvəlki seçki dönəmlərindən
fərqli apolitik durum hakim kəsilib. Bəzi müxalif siyasi güclər
seçkilərdə iştirakın zəruriliyi haqqında bəyanatlar səsləndirsələr də
bir şey bəri başdan yüz faiz yəqindir ki, mövcud şərtlər və əlverişsiz
seçki qanunvericiliyi çərçivəsində müxalifətin parlamentə düşmək
şansları sıfıra bərabərdir.
Amma təbii ki,
seçkilərə yenə də kifayət qədər iddiaçının qatılacağı gözləniləndir və
adətən bələdiyyə və hətta prezident seçkilərindən fərqli olraq parlament
seçkilərində istər-istəməz bir mövsümi canlanma müşahidə edilir və
hətta bəzən elə olur ki, hakim partiyanın bir neçə namizədi eyni dairə
uğrunda elə rəqabətə girir ki, hakimiyyət cəza mexanizminə əl atmaq
zorunda qalır…
Moderator.az belə bir apolitik situasiyada Milli Şuranın hüquq komissiyasının sədri,
ədliyyə generalı Vidadi Mirkamala bir neçə sualla müraciət edib. Həmin müsahibəni diqqətinizə çatdırırıq:
-Deputatlıq
uğrunda savaşda Milli Şura tərəfindən Sizə də konkret seçki dairəsində
mübarizə aparmaq təklif edilsə, Sizin üçün ən məqbul seçki dairəsi
hansıdır?
-Mövcud seçki qanunları və seçki mühiti çərçivəsində heç bir seçkidə iştirak etməyi düşünmürəm.
-Hətta MŞ seçki marafonuna qoşulsa belə?
-Bəli.
-O
zaman niyə indidən MŞ seçki qanunvericiliyinin dəyişdirilməsi tələbini
qabartmır və bu istiqamətdə müxalifətdaxili müzakirələrə başlamır?
-Qanunvericiliyin
dəyişdirilməsi ilə baglı mənim də iştirak etdiyim hüquqşünaslar
tərəfindən cəmiyyətə hələ 2013-cü ilin yanvarın 25-də təqdim edilmiş
Memorandum hələ öz aktuallıgını itirməyib…Xatırladıram ki, həmin
Memorandum 72 şəxs tərəfindən imzalanmışdı.. Onlardan 21-i partiya
rəhbəri, digərləri isə nüfuzlu ziyalılar və Vətəndaş cəmiyyətinin
təmsiçiləri idi. Onların bir qismi təəssüf  ki, hazırda həbsdədir.
-Elə bu memorandumu Milli Şuranın Koordinasiya Mərkəzi tezliklə müzakirəyə çıxara bilməzmi?
-Tamamilə haqlısınız. Artıq Milli Şurada belə bir razılıq var və tezliklə müzakirələr aparılacaq.
-Sizcə
bu müzakirələrin yekunlaşması üçün ən son optimal tarix nə vaxtadəkdir
ki, məhz həmin vaxtdan sonra dairələr üzrə mübarizələrə qoşulmağa start
verilsin.
-Memorandum hazır sənəddir və
vaxtında müxalifət partiyalarının rəhbərləri tərəfindən qəbul edilib.
Orada 6 istiqamətdə seçki islahatlarının aparılması nəzərdə tutulub. Bu
mükəmməl sənədin müzakirəsi düşünürəm ki, yaxın vaxtlarda reallaşa
bilər.
– Təbii ki, o sənədin heç olmasa
bir-iki bəndini hakimiyyətə qəbul etdirmək mitinqlərdən keçir. Amma
Milli Şura deyəsən Musavatın son uğursuz mitinqindən sonra meydana
çıxmağa ehtiyat edir…
-Qətiyyən elə
deyil. Milli Şura öz gücünə əmindir və bu istiqamətdə müzakirələr
aparılıb və çox güman ki, mart ayından başlayaraq kütləvi aksiyaların
keçirilməsinə start veriləcək. Seçki islahatlarının reallaşmasının bir
yolu da kütləvi aksiyalardan keçir. Milli Şura bu aksiyaları keçirmək
əzmindədir.

Short URL: http://www.cumhuriyyet.net/?p=15898

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728