Ermənilər mövqelərimizi atəşə tutmaqda davam edirlər

29.01.2015 - 10:17

Azərbaycan Müdafiə Nazirliyi (MN)
bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində
iriçaplı pulemyotlar, minaatan və qumbaraatanlardan da istifadə etməklə
sutka ərzində atəşkəs rejimini ümumilikdə 87 dəfə pozub.
 
Ermənistan
Respublikasının İcevan rayonunun Paravakar, Berkaber kəndlərində və
adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq,
Qazax rayonunun Qızılhacılı kəndində və adsız yüksəkliklərdə, Berd
rayonunun Ayqepar, Çinari kənlərində və adsız yüksəkliklərdə yerləşən
mövqelərdən Tovuz rayonunun Əlibəyli, Hacıalılı, Ağbulaq, Koxanəbi,
Muncuqlu kəndlərində, Krasnoselsk rayonunun ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər
kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
 
Tərtər
rayonunun Göyarx, Çaylı, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam
rayonunun Kəngərli, Yusifcanlı, Şıxlar, Şuraabad, Mərzili, Cəvahirli,
Sarıcalı, Novruzlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun
Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında,
həmçinin Goranboy və Xocavənd rayonları ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin
mövqeləri atəşə məruz qalıb.
 
Düşmən cavab atəşi ilə susdurulub.

Short URL: http://www.cumhuriyyet.net/?p=15903

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728