“Ermənistan əhalisi ölkəni kütləvi tərk edir”- Aqanbekyandan etiraflar

29.01.2015 - 10:26

“Ağdam Azərbaycan şəhəridir. Bu şəhər Qarabağ müharibəsi zamanı
həqiqətən də dağıdılıb. Şəhərdə hər yer dağılıb, bircə məscidə heç nə
olmamışdı. Ağdam haqqında onu deyə bilərəm ki, bu şəhərdə erməni
yaşamır, indi ölü şəhərdir”.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu hazırda Rusiyada yaşayan erməni əsilli akademik Abel Aqanbekyan deyib.

O, Dağlıq Qarabağda separatçılığın yaranmasında özünü günahkar
saymadığını da bildirib: “Mən özümü Dağlıq Qarabağada baş verən
hadisələrdə, insan itkilərində günahkar saymıram. Orada nə qədər adam
ölüb ki?! Yuqoslaviyada və Ukraynada daha çox adam ölüb. Mən bilidiyim
qədəri ilə Qarabağ müharibəsində Ukrayanada olduğu kimi çoxlu sayda
dağıntılar törədən “Qrad” qurğusundan istifadə olunmayıb”.
Abel Aqanbekyan hazırda Ermənistandakı iqtisadi vəziyyəti də şərh edib:
“Ermənistanda iqtisadi vəziyyət çox acınacaqlıdır. Ökədə iqtisadi durum
Rusiyadan üç dəfə aşağıdır. İstahsalat dayanıb, sənaye müəssəsisələri
işləmir. Əmək haqları verilmir. Ermənistan əhalisi yoxsulluqdan ölkəni
kütləvi tərk edir”.
Qeyd edək ki, Abel Aqanbekyan Dağlıq Qarabağın Azərbaycandan ayrılaraq
Ermənistana birləşdirilməsinin təşəbbüskarlarından biri olub. O,
“yenidənqurma” dövründə Mixail Qobaçovun iqtisadi məsələlər üzrə
müşaviri vəzifəsində çalışıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=15904

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930