İŞİD yapon girovun yeni videosunu yayıb

29.01.2015 - 10:38

İŞİD yaraqlıları Yaponiyadan girovların terrorist qadın
Sacida al-Rişavi ilə dəyişdirilməsini yanvarın 29-da günün sonunadək
yekunlaşdırmağı tələb edirlər. Terroristlərin bu tələbi internet
şəbəkəsində yerləşdirdikləri son videokadrlarda öz əksini tapıb.

Videokadrda yaraqlıların son tələbini yapon girov Kezi Qoto
səsləndirib: “Əgər Sacida al-Rişavi mənimlə dəyişdirilmək üçün dördüncü
günün sonunadək Türkiyə ilə sərhəddə gətirilməsə, o zaman iordaniyalı
pilot dərhal qətlə yetiriləcək”.

Bir gün əvvəl internetdə yayımlanmış videokadrda İŞİD yaraqlılarından
biri girovların azadlığa buraxılacağını vəd edib. Həmin videoyazının
orijinallığı hələlik təsdiq olunmayıb.

Yaponiyanın xarixi işlər naziri Fumio Kişida isə bildirib ki, terrorçularla danışıqlarda hələlik irəliləyiş yoxdur. /Azertac

Short URL: http://www.cumhuriyyet.net/?p=15905

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728