Ruslar erməniləri Minvoddan qovur

29.01.2015 - 10:48

Mineralnıye Vodı şəhərində rusların ermənilərə qarşı böyük aksiyası planlaşdırılır. ANS PRESS-in məlumatına görə, mitinqin yerli icra hakimiyyət orqanları tərəfindən razılışdırılacağı deyilir. Böyük aksiya ötən həftənin şənbə günü Minvodda ermənilər əleyhinə baş tutan mitinqdə razılaşdırılıb. Aksiyada ermənilərin Minvoddan çıxarılmasının tələb ediləcəyi deyilir.
Qeyd edək ki, Minvodda bir həftə əvvəl ermənilərlə ruslar arasında kütləvi dava düşmüşdü. Davada rus xüsusi təyinatlısı Dmitri Sidorenko öldürülmüşdü. Bundan bir gün sonra xüsusi təyinatlını öldürməkdə şübhəli bilinən Mixail Qriqoryan saxlanılmışdı. Minvodda yaşayan ruslar isə ermənilərə qarşı aksiya keçirərək onların bu şəhərdən çıxmasını tələb etmişdilər.
Bu insident son vaxtlar Gümrü faciəsindən sonra ruslarla ermənilər arasında ikinci ən böyük qarşıdurmadır.

Short URL: http://www.cumhuriyyet.net/?p=15906

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930