Lamiyə və Aslanovun kriminal – Romanı
Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətli
məsələsi yenidən gündəmə gəlib. Buna səbəb qətldə təqsirləndirilən
Lamiyə Quliyevanın həbsxanada uşaq dünyaya gətirməsinin
ictimailəşməsidir. Bu məsələni Işgəncələr Əleyhinə Komitənin sədri Elçin
Behbudov mətbuata açıqlayıb.
Komitə sədri Lamiyə Quliyevanın həbsxanada təcavüzə məruz
qaldığını ehtimal edib və məsələnin araşdırılması üçün Baş Prokurorluğa
müraciət ünvanlayıb. Lakin Penitensiar Xidmət məlumat yayıb ki, Lamiyə
Quliyeva təcavüzə məruz qalmayıb, o, öz istəyilə ana olub. Lakin bundan
sonra subay bir qızın həbsxanada necə ana olması sualı ortaya çıxıb.
Penitensiar Xidmət bu məsələyə aydınlıq gətirə bilməyib. Yalnız uşağın
atasının kimliyi barədə araşdırma aparıldığı bildirilib.
Dünən isə
Lamiyə Quliyeva vəkili vasitəsilə baş verənlər barədə açıqlama yayıb.
O, bildirib ki, Kürdəxanı təcridxanasında istintaq olarkən məhbuslardan
biri ilə yaxınlıq edib və uşaq da həmin şəxsdəndir.
Bu məsələdən
sonra Aslan Aslanovun oğlunun qətli də mətbuatın gündəminə gəlib. Qeyd
edək ki, bu qətl hadisəsinə görə Lamiyə Quliyeva ilə yanaşı onun keçmiş
nişanlısı Vüqar Əliyev də həbs olunub. O, ömürlük azadlıqdan məhrum
edilib. Vüqar Əliyev bu günlərdə “Azadlıq” qəzeti vasitəsilə mətbuata
çağırış edərək Lamiyə Quliyevanın onun nişanlısı kimi təqdim
olunmamasını xahiş edib. Vüqar Əliyev artıq ailə qurduğunu və öz
ailəsinə cavabdeh olduğunu bildirib.
“Qafqazinfo” “Azadlıq”
qəzetinə istinadən xəbər verir ki, Vüqar Əliyevin xanımı Aynur Əliyeva
isə Ruslan Aslanovun qətlilə bağlı indiyə qədər ictimaiyyətə məlum
olmayan bəzi detalları açıqlayıb. Bəlli olub ki, Lamiyə Quliyeva hələ 12
yaşında olarkən Ruslan Aslanov tərəfindən təcavüzə məruz qalıb. Və
bundan sonra da onunla münasibəti olub. Aynur Əliyevanın sözlərinə görə,
Vüqar Əliyev Lamiyə Quliyeva ilə nişanlanarkən bundan xəbərsiz olub.
Aynur Əliyeva həmçinin bildirib ki, Lamiyə Quliyeva Ruslanı qətlə
yetirərkən bətnində 4 aylıq körpəsi olub. Uşaq Ruslan Aslanovdan imiş.
Sonradan Aslan Aslanov uşağı götüzdürüb. Keçmiş icra başçısının məqsədi
hadisənin namus üstdə olduğunu ört-basdır etmək imiş.
Vüqar Əliyevə Lamiyə barədə nə deyiblər?
Lakin
Vüqar Əliyev həbsdə olarkən başına gələnləri bədii üslubda qələmə alıb.
Onun əlyazması redaksiyamıza daxil olub. Materialın bədiilik
çalarlarından imtina edərək oxuculara hadisənin mahiyyəti üzrə hissələri
təqdim etməyi qərara aldıq. Vüqar Əliyevin yazdıqlarını oxuduqda Aslan
Aslanovun iki insanın həyatını necə məhv etdiyi üzə çıxır. Beləliklə,
Vüqar Əliyev yazır ki, Lamiyə Quliyeva ilə nişanlandıqdan sonra onun
Ruslan Aslanovla münasibətləri barədə eşidib. Bu barədə onunla danışıb,
lakin Ruslan “anam-bacım olsun, Lamiyə qeyrətli qızdır” deyərək bu
söhbətlərin yalan olduğunu bildirib. Lamiyə özü də deyilənləri təsdiq
etməyib. Vüqar Əliyev yazır ki, Lamiyə Quliyeva ilə yaxınlıqdan sonra
onun bakirə olmadığını bilib və ondan ayrılmağı qərara alıb. Lamiyə
Quliyeva isə təcavüzə məruz qaldığını deyərək başına gələnləri
təfərrüatı ilə ona danışıb. Lamiyə əvvəlcə onu aldatmasına aydınlıq
gətirib: “Bağışla məni, Vüqar. Səni itirmək istəmirdim, ona görə də bu
çirkin əmələ əl atdım. Mən də xoşbəxt olmaq istəyirəm, bu da qismətimə
yazılmayıb. Bilirəm getməyə haqqın var, yalvarıram sənə heç olmasa mənə
qulaq as, gör məni necə bədbəxt ediblər”.
Lamiyə Quliyeva başına gələnləri danışır
Vüqar
Əliyevin yazdıqlarına görə, bundan sonra Lamiyə deyib ki, o, hələ 12
yaşında olarkən Ruslan ona təcavüz edib. Lamiyənin sözlərinə görə,
hadisə məktəbdə sinif otağında olarkən baş verib. Lamiyə sinifdə tək
imiş. Ruslan sinifə daxil olaraq ona təcavüz edib. Bu məsələdən həm
Ruslanın ailəsi, həm də Lamiyənin ailəsi xəbər tutub. Ruslan Aslanovun
anası Lamiyə Quliyevanın anasına hədə-qorxu gəlməklə bu məsələnin
ört-basdır edilməsinə nail olub. Bütün bunları dinləyən Vüqar bundan
sonra onunla ailə qura bilməyəcəyini deyib: “Lamiyə bütün bu olanlardan
sonra, səni sevsəm də bizim yolumuz ayrılır. Amma həqiqəti üzə çıxarmaq
üçün indi mənə danışdıqlarının hamısını audio kasetə yazıb ver mənə.
Görüm bundan sonra Ruslan nə deyəcək!”
Lamiyə onun dediyi kimi də
edib. Eyni zamanda Vüqar Əliyevdən xahiş edib ki, dərhal nişanı
qaytarmasın: “Vüqar bilirəm bütün bu olanlardan sonra sən nişanı
qaytaracaqsan. Buna haqqın da var. Amma səndən çox xahiş edirəm bir az
gözlə. Mayın 20-də böyük bacımın “uşaq gördü”sünə gedəcəyik, heç olmasa
onun xoşbəxtliyinə mane olmayım”.
Vüqar Əliyev Lamiyənin xahişini
yerə salmayacağını deyib və kaseti götürərək Ruslanla görüşməyə gedib.
Vüqar Əliyevin sözlərinə görə, Ruslanı “Şəmkir” futbol klubunun Badri
Kravavaşvilinin “Mercedes” markalı maşınında görüb. Maşını Ruslan
sürürmüş və maşında heç kim yox imiş.
Ruslan Aslanovun yalanı necə üzə çıxır?
Görüş zamanı Vüqarla Ruslan arasında belə bir dialoq olub:
“- Salam, Ruslan! Yenə maşınını vurmusan, yoxsa gözünün qurdunu öldürürsən?
– Düz tapmısan, qaqa, hərdən gözümün qurdunu öldürmək üçün bicodan götürüb sürürəm. Öürəm də bu maşından ötrü!
– Mənə də gəlmə də! Dədən istəsən sənə nəinki “Mercedes”, təyyarə də alar!
–
Orası elədi amma dədəm deyir ki, xarici maşınlardan əl çək. Düşmənimiz
çoxdur. “Mercedes”ə tamah salıb sən qarışıq oğurlayarlar. Belə də ki,
onsuz da şəhərdə kimin maşınını istədim götürüb sürürəm. Bunlar bir yana
de görüm bu halda hara gedirdin?
– Desəm inanmazsan, səni axtarırdım. Səninlə işim var. Mümkünsə sür işıq idarəsinin yanına.
– Təki sənin işin düşsün mənə. Qulluğunda daima varam”.
Ruslan
maşını işıq idarəsinin yanında saxlayıb, lakin Vüqar məsələni açmayıb.
Ondan maşını erməni qəbirstanlığının yanına sürməyi xahiş edib. Orada
isə Vüqar birbaşa mətləbə keçib:
“- Yadındadı srağagün səndən
Lamiyə haqqında soruşanda mənə dedin ki, anam-bacım olsun. Lamiyə
qeyrətli qızdı! Adam da ana-bacı dediyi qızla yaxınlıq edər?
– Yalandır! Yenə mənə böhtan atırlar! Onu kim deyirsə yalan deyir! Bizim aramızı vurmaq istəyir!”.
Bundan
sonra Vüqar cibindən Lamiyənin səs yazısı olan kaseti çıxararaq maşının
maqnitofonuna taxıb. Ruslan Lamiyənin danışdıqlarını eşidən kimi rəngi
ağarıb. Vüqar bu zaman ona deyib:
“- Buna nə deyirsən? Bu da yalandır?
– Qaqa, bizi üzləşdir görüm bu kasetdə dediklərini üzbəüz olanda da deyəcək?”
–
Mən onsuz da bu söhbətdən sonra nişanı qaytarıram. Artıq Lamiyə ilə
məni heç nə birləşdirmir. Hansınızın yalan dediyi artıq mənim üçün
maraqlı deyil. Ən əsası mən əmin oldum ki, Lamiyə bakirə deyil. Qalanını
özünüz ayırd edin, mənsiz. Neynək, indi ki, hər şey qismən də olsa
aydın oldu. Sür gedək evə”.
Bununla belə Vüqar Əliyev Lamiyəni Ruslanla üzləşdirib…
(Ardı var)
Short URL: http://www.cumhuriyyet.net/?p=15911