Azərbaycanlı İŞİD-çi Suriyada qarın otarır və papasını da çağırır
Suriyada İŞİD-ə qoşulan azərbaycanlı gənc atasına çağırış edib.Özləri üçün o qədər də adi olmadığı sezilən “kabablama
mərasimində” çıxış edən vəhhabi vəziyyətindən razılıq edir. O,
hazırlanmış süfrənin yüksək səviyyədə olduğuna inana-inana (görünür,
hətta bu vəziyyətdə açılmış süfrə də Suriyada nadir hadisə sayılır)
rahat şərait, pulsuz mənzil və normal qidalanmadan danışır.
Atasına çağırış edən terrorçu onu Suriyaya dəvət
edir. Onun yanında olan və kadrları lentə alan da azərbaycanlıdır. Yol
üstündəki kafelərin birində yemək yeyən vəhhabi gənc heç bir problem
olmadığını söyləyir.”Burada kimsə ac-susuz qalmır.Azərbaycandakından daha yaxşı yeyirik. Gəl bura, yaxşı ev də verilir,
yaşa da. Orda yaşamaqdansa, burda yaşa”.
İnsanın yalnız “rahat yeməkdən ibarət məxluq”
olduğu təsəvvürünü atasına aşılamağa çalışan vəhhabi gənc deyir ki,
Suriyaya gəlmək üçün Elnur adlı şəxsə müraciət etsin. Bu çağırış əslində Suriyada döyüşənlərin
təfəkkürünü ortaya qoyur; onlar yalnız yatmaq üçün yer və ət yemək üçün
vuruşmaq təfəkkürünə sahibdirlər ki, bu da qətiyyən insani deyil – belə
dünyagörüşlə ancaq meşə yırtıcıları yaşayır.
Yəqin ki, Elnurun kimliyi ilə artıq Azərbaycan hüquq mühafizə orqanları maraqlanacaq…
Azadxəbər.az-ın yaydığı videonu təqdim edirik:
Short URL: http://www.cumhuriyyet.net/?p=15912