Ermənilər bizi radikallaşdırmaq istəyir– Məqsəd sülhməramlılarla hərbçilərimizi toqquşdurmaqdır

02.01.2021 - 10:42

Hər dəfə ermənilər və sülhməramlılar Xamkəndi tərəflərdə bir şey yeyəndə biz elə çaşqın, küskün, hiddətli reaksiya veririik ki, elə bil, erməniləri təzə tanıyırıq.

Qardaşlar dünyanın ən həyasız, kütləvi şəkildə psixoloji tarazlığı pozulmuş bir qövmü ilə müharibədəyik və o, müharibə bitməyib.

Hamımız da hələ ötən ilin noyabr ayının 10-dan bilirik ki, rus sülhməramlıları Qarabağa bizim iradəmizin əleyhinə gəldilər və əsas məramları erməniləri əlimizdən almaq, xurd-xəşil olmaqdan qurtarmaq idi.

Bu, hər kəsə bəllidir və gərək heç kəs “mən ilk gündən demişdim”, “mən bilirdim ki, belə olacaq” kimi şəxsi müdrikliyini millətə baş qaxıncı edən cümlələr qurmasın. Hamımız bilirik, hamımız bu xüsusda rahat deyilik.

Bu mərhələdə gücümüz buna çatdı. Qarabağın 27-28 il işğal altında qalan rayonlarını ermənilərin əlindən aldıq. Füzulini, Cəbrayılı, Zəngilanı, Qubadlını, Şuşanı, Suqovuşanı, Talışı, Hadrutu silah gücüylə işğaldan azad etdik.

1.jpg (45 KB)

Ən böyük uduşumuz isə Ağdamı, Laçını, Kəlbəcəri qan tökülmədən geri almağımız oldu. Rus sülhməramlılarının bizə dəyən faydalarından biri budur, yoxsa hələ də o rayonlarda hərbi əməliyyatlar gedirdi və itkilər verirdik.

Sülhməramlıların ikinci xeyri də odur ki, sərhədlərin demarkasiya, delimitasiya prosesində tərəfkeşlik etmədən, hər şeyi necə var, elə təmin edirlər sərhədi qabağa çəkən ermənilərin hərbçilərimiz tərəfindən “çıxdıqları yerə qaytarılması”na mane olmurlar.

Müharibə bitməyib, davam edir, şəkli, intensivliyi dəyişib: az qala hər gün minaya düşüb şəhid olanlar haqda xəbər gəlir; erməni siyasilər və yüksək rütbəli hərbçilər militarist bəyanatlar, revanşist açıqlamalar verir, orda-burda müxtəlif təxribatlar törədirlər, heç kim qalıcı sülhdən, anlaşmadan danışmır. Sadəcə, ermənilər nəfəs dərir, özlərinə gəlməyə, toparlanmağa çalışırlar.

34.JPG (16 KB)

Bunlarla yanaşı, böyrüüstə qalmış “artsax respublikası”nın liderləri də dinc durmurlar, müxtəlif tədbirlər keçirir, sülhməramlılarla birlikdə ziyafətlər təşkil edirlər, ruslara yarınırlar, Paşinyanın Rusiyaya yönəlik siyasətinin puç olduğunu Moskvanın diqqətinə çatdırmaq, indən belə daha ağıllı olacaqlarını göstərmək istəyirlər.

Rusiyanın ermənilərə yönəlik siyasəti isə belədir: o başı yarılanın ətəyinə qoz tökür ki, kirisin. Kreml Qafqazdan qovulmaq istəmir, birada bir yolla öz mövcudluğunu saxlamaq istəyir. Bundan ötrü o, təkbətək davada döyülmüş, gözlədiyi yerdən yardım ala bilməmiş ermənilərin könlünü almalıdır, onlara yenidən “day-daylıq” edəcəyini göstərməlidir.

Bu gerçəklikləri nəzərə almadan durub “Rusiya Qarabağa ona görə hərbçilər yeritdi ki, Dağlıq Qarabağı bizdən alıb ermənilərə versin” fikrini irəli sürərək, bunun yeganə həqiqət olduğunu iddia etməyin əsası yoxdur.

Rusiya belə bir fikirdə olsaydı, bunu bizim ən zəif vaxtımızda, 1994-cü ildə edər, münaqişəni zor gücünə birdəfəlik sonlandırar, məğlubiyyəti məcburən boynumuza qoyub, kapitulyasiya aktı imzalatmaqla həyata keçirər, ən azı buna cəhd edərdi.

Ancaq nə o vaxt, nə də ondan sonrakı illərdə Kreml başbilənəri bu yolu tutmadılar, çünki bu, Azərbaycanın itirlməsi, rəsmi Bakının Moskvanın orbitindən birdəfəlik kənarlaşması demək olardı və Kreml bunu da istəmirdi.

arayikrustem-625x403.jpg (23 KB)

Ona görə də hər dəfə ermənilər Xankəndidə özlərini ovutmaq, xalqa “ölməmişik, hələ sağıq, müharibə davam edir, buraları biz idarə edirik” mənası verən hərəkətlər edəndə biz dərhal hövllənməməliyik, “yaşayarıq, görərik” mənası verən jestlər etməli, mesajlar verməliyik.

Bilməliyik ki, ermənilər bu hərəkətlərin videogörüntülərini məhz buna görə çəkir və tirajlayırlar: özlərinə təskinlik, bizə acıq vermək üçün. Bəzi videokadrlar isə ümumiyyətlə ya saxta, ya da köhnə olur. Bunların hamısı bizi təbdən çıxarmağa, radikal hərəkətlər etməyimizə əsas verməyə hesablanıb.

3.jpg (186 KB)

Kül o “respublika”nı idarə edənlərin təpəsinə ki, iki addım saga, iki addım sola Azərbaycan hərbçilərinin nişangahına düşürlər, yaşadıqları şəhərdə ən adi problemləri həll etmək üçün yadelli hərbçilərə müraciət edirlər, gələcək revanşdan danışanda belə onlara güvəndiklərini gizlətmirlər, oturub-durub ilahi qüvvələrə yalvarırlar ki, rus sülhməramlıları ilə Azərbaycan hərbçilərinin arasına qan düşsün, qarşıdurma yaransın.

Belə situasiyada biz maksimum soyuqqanlı, tələbkar, prinsipial və qətiyyətli olmalıyıq. Ən ümidsiz vaxtlarımızda belə Qarabağ torpaqlarından vaz keçmədiksə, “qondarma və oyuncaq dövlət”in hər hansı bir statusunu tanımadıqsa, indi ən güclü vaxtımızda bunu edərikmi, torpaqlardan əl çəkərikmi?

Əsla mümkün deyil. Ötən ilin 27 sentyabrına qədər hər keçən gün bizi Qarabağdan uzaqlaşdırırdısa, indi hər keçən gün bizi Xankəndiyə yaxınlaşdırır – həm də fiziki-coğrafi mənada. Artıq zaman bizim xeyrimizə işləyir, inşallah, biz tədricən öz əsas məqsədimizə çatacağıq.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=159134

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031