Həkimlərin və müəllimlərin boğazından kəsilən 335 milyon
Azərbaycanda təqaüdlərin
azlığından şikayətlənlər az deyil. Müəllimlərin, həkimlərin maaş azlığından,
xəstələrin müalicənin bahalığından giley-güzarı fonunda bir məlumat az qala
bütün sosial şəbəkələri bürüdü. Söhbət yanvarın 28-də Maliyyə Nazirliyinin
2014-cu ilin dövlət büdcəsinin icrasına dair açıqladığı məlumatlardan gedir.
Həmin məlumatlara görə hökumət keçən il üçün sosial istiqamətli xərclərdən
xeyli qənaət edib:
В·Təhsilə ayrılan xərclərdən – 98
milyon manat,
В·Sosial müdafiə xərclərindən – 101
milyon manat,
В·Səhiyyə
xərclərindən – 60 milyon manat,
В·Kənd təsərrüfatı
xərclərindən – 58 milyon manat
Yəni cəmi 335 milyon manat. Amma bunun əksinə investisiya xərclərinə ayrılan
vəsait tam – 100%icra olunub.
Bu mövzunu sosial şəbəkələrdə müzakirəyə çıxaran
iqtisadçılarözəlliklə bir sualı qaldırıblar. Soruşublar ki, Azərbaycanda
bütün səhiyyə, təhsil və ya sosial müdafiə xərcləri tam həllini tapıb deyə bu
vəsait xərclənməyib, yoxsa necə?
“Bu hökumətin minusu-dur”
Millət vəkili Vahid
Əhmədov bildirir ki,əvvəllasosial yönümlü xərclər büdcənin əsas xərcləridir.
Yəni, bu xərclərin ixtisarı arzu olunan deyil: “Ümumiyyətlə, dövlət büdcəsinin
96-97 % icrası müsbət haldır. İnvestisiya yönümlü xərclərtam, sosial
yönümlü xərclərixtisarla icra edilirsə, bu, hökumət üçün mənfi haldır.
İlk növbədə sosial layihələrə diqqət yetirməlidir, nəinki investisiya. Düzdür, Azərbaycanda əhəmiyyətli
investisiya layihələri çoxdur. Məsələn, Bakı-Qars Dəmir Yolu, I Avropa Olimpiya
Oyunlarının təşkili və s. Amma əlbəttə ki, ilk olaraq sosial layihələr icra
edilmədir”.
Vahid Əhmədov deyir ki, 2014-ci ilin büdcəsinin
icrasını Milli Məclis təsdiqləməlidir. Deputat bununla bağlı müzakirələrdə
suallarqaldıracağını bildirir.
​3 Ehtimal…
Ümumilikdə, keçən ilin dövlət büdcəsində ayrılmış
pullardan hökumət müxətlif istiqamətlər üzrə ortalama 10-15 % qənaət
edib. İqtisadçı Rövşən Ağayevhesab edir ki, büdcədə birdən-birə bu qədər
ixtisarları cəmiyyəthiss etmirsə, bu, iki mühüm məqamla bağlı ola bilər. Birincisi,
bu o deməkdir ki, dövlət büdcəsində xərclər cəmiyyətin və iqtisadiyyatın
konkret ehtiyacları ciddi şəkildə nəzərə alınmadan tərtib olunub. Daha aydın olsun deyə iqtisadçı bir
nümunə çəkir: “Təsəvvür edin ki, təhsildə çox vacib
bir proqram, və ya islahat tədbirinin maliyyələşdirilməsinə ayrılan 98 milyon
manat qəflətən kəsilir. Bu, əvvəlcədən əsaslandırılmış və ciddi planlaşdırılmış
qənaət olsaydı bir dəfəyə 98 milyon manatın ixtisarı hiss edilməzdimi? İkincisi isə odur ki, büdcə tərtib edilərkən xərclər ünvanlı
deyil. Yəni ki, sosial müdafiəyə ayrılan vəsait bilavasitə konkret ehtiyacı
olan insanara, qruplara və proqramlara ünvanlanan pullardır. Bu pullar birdən-birə 100 milyon
manat kəsilir, amma bunun fəasdlarını heç kimsə hiss etmir, duymur.Bu,
mümkün deyil. Hansısa əsaslandırılmış sosial proqram, ödənilməli olan sosial
vəsaitlər təxirə salınsa idi, bu mütləq hiss edilməli idi”.
“Əhaliyə çatan qəpik-quruş qayçılanıb”
Rövşən Ağayevin 3-cü bir ehtiamlı da var. O deyir ki,
bəlkə də il ərzində neftin qiyməti yüksək olanda planlaşdırılan xərcləri mümkün
qədər icra edirlər, 2014-cü ilin sonlarındakı kimi sıxıntı ilə üzləşəndə isə
xərcləri “qayçılayırlar”: “Amma daha çox korrupsiya,
yeyintimümkün olan investisiya xərclərinə toxunulmur, sadə insanlara
aidiyyatı olan sosial sahələrin pulları qayçılanır…”
Bu tənqidlərə Maliyyə Nazirliyinin yaydığı rəsmi
məlumatda hər hansı arqument qeyd olunmur. Hökumətin bu qənaətlər, ixtisarlarla
bağlı mövqeyi aydın deyil. Böyük ehtimalla nazir Samir Şərifov yaxın vaxtlarda
sənədin parlamentdə müzakirəsi zamanı həmin istiqamətdə suallarla üzləşməli
olacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=15918