Səlim Müslümovun “odda yanmaz suda batmaz” kadrı

30.01.2015 - 00:22

Bir neçə dəfə işdən kənarlaşdırılıb, amma sonra vəzifəsinə bərpa olunan Şabran sakinin rayon Sosial Müdafiəsi Mərkəzinin direktorundan yenə şikayət var
 
Şabran sakinin rayon Sosial Müdafiəsi Mərkəzinin direktorundan şikayətçidir. ANS TV-nin məlumatına görə, Şabranın Ağalıq kənd sakini Eyyub İbrahimov
rayon sosial müdafiə mərkəzinin rəhbərindən narazıdır. Keçən ilin yay
ayında nazir Səlim Müslümovun bölgədə qəbulu ərəfəsində mərkəzin
direktoru Orxan Xəlilovun ona qəsdən 5 sutkalıq həbs cəzası verdirdiyini
iddia edən Eyyub İbrahimov 2014-cü ildə ünvanlı sosial yardım almasının
da bilərəkdən gecikdirildiyini deyir. Şikayətçinin sözlərinə görə,
yalnız uzun get-gəldən sonra ünvanlı sosial yardım ala bilib.

“Nazirlikdən əməkdaşlar gəldi, yoxladılar. Gördülər ki, qeyri-qanuni
imtinadı. Mənə ünvanlı sosial yardım noyabr ayından təyin olundu” – deyə
şikayətçi Eyyub İbrahimov bildirdi.
İndi beş nəfərlik ailə üzvünə görə cəmi 231 manat ünvanlı sosial yardım
aldığını deyən Eyyub İbrahimov bu məbləğin düzgün hesabanmadığını, işə
nazirlik tərəfindən yenidən baxılmalı olduğunu iddia edir. “Orxan Xəlilovun işçilərinin heç birinə inanmıram. Daha inamım qalmayıb.
Nazirliyin əməkdaşları gəlib yoxlasınlar, mənə nə düşür onu da
yazsınlar” – deyə şikayətçi Eyyub İbrahimov şikayət etdi.
Barəsində nazirliyə qədər əsası olmayan böhtan xarakterli məlumatlara
görə, bir neçə dəfə işdən kənarlaşdırıldığını, amma xidməti
yoxlamalardan sonra vəzifəsinə bərpa olunduğunu deyən Orxan Xəlilov
Ağalıq kənd sakini Eyyub İbrahimovun ona ailəlikcə qərəzli olduğunu
bildirdi.
Onun və atasının keçən il iş otağında xuliqanlıq etdiklərinə görə yerli
məhkəmənin qərarı ilə cəzalandırıldığından danışan Orxan Xəlilov
barəsində səslənən sözləri doğru saymadı.
Eyyub İbrahimovun ailəsinə yardımın hesablanma qaydası barəsində isə
Orxan Xəlilov danışmağı baş məsləhətçi Nurlan Əliyevə həvalə elədi. Baş məsləhətçi Nurlan Əliyevin sözlərinə görə, qanunvericiliyə uyğun
olaraq hesablama aparılıb və buna uyğun ünvanlı sosial yardım təyin
edilib.

Üç xəstə uşağın aldığı 231 manat sosial yardım hesabına güclə
saxladığını, icarə torpağından əldə etdiyi qazanc hesabına dolandığını
söyləyən şikayətçi Eyyub İbrahimova unvanlı sosial yardım doğrudanmı
düzgün təyin olunub? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bu
məsələnin yenidən araşdırılması mümkün olsa, narazı ailənin şübhələrinə
bəlkə son qoyular.

Short URL: http://www.cumhuriyyet.net/?p=15920

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728