Azərbaycandan Hindistanadək Gülən şəbəkəsinin gizlinləri

30.01.2015 - 01:07

Hindistanda ingilis dilli təhsilin memarı olan Thomas Babingto
Macaulay, 1835-ci ildə yazdığı “Hindistandaki Təhsil Hesabatı”adlı
məşhur əsərində yazırdı: “Bizim verdiyimiz ingilis dilli təhsil, “qan və
dəri rəngi baxımından Hindli” olan yerliləri “bəyənmək, qənaət, əxlaq
və zəka baxımından ingilis” halına gətirəcəkdir. Bu insanlar əslində
Britaniyanın maraqlarını qoruyacaq sinif təşkil edəcək, bu böyük və hələ
də bizə boyun əyməyən bu ölkənin idarə edilməsində ingilislərə yardım
edəcəklər” (Macaulay, 249)Yəni,
görünüş etibarı ilə hindli, ancaq daxilən ingilis yetişdirəcəkdilər.
Necə ki, bacardılar da. Silah gücü ilə əsir edə bilmədikləri
müstəmləkələrdə xeyli sayda məktəblər açaraq, guya yerli xalqların
inkişafına çalışsalar da, əslində özlərinə itaət edəcək nəsil
yaratdılar.

Sadəcə
Hindistandamı? Şimali Amerikada zəncilər kütləvi şəkildə öldürülürkən,
Cənubi Afrikada “təhsil” silahından istifadə etdilər. Bu səbəbdən də o
yerli xalqların bir çoxu öz ana dilini unudub, portuqal, ispan, fransız
və ingilis dillərində danışırlar.

Bəli!
Osmanlı əslində 1914-cü ildə Birinci Dünya Müharibəsinə daxil olaraq,
süqut etmədi. Osmanlı tam bir əsr öncə 1800-cü illərin başında fransız
və ingilislərə məktəb açmağa izn verdiyi zaman süqut etdi. Necə ki,
həmin dövrdən sonra sultanları devirib, dövləti istədiyi kimi idarə
edənlərin, hətta son dönəmə qədər milli siyasət yürüdənlərin qənimi
Robert Kolleji, Qalatasaray Liseyi və digər inglis, amerikan və fransız
məktəbləri məzunları idi. Eləcə də, 1995-ci ildə Azərbaycanda çevriliş
etmək istəyən Tansu Çillər Robert Kolleji məzunu idi…

8686

Yəni,
o güclər Avropanın qorxulu röyası olan Osmanlını xaçlı yürüşləri ilə
bitirə bilməsələr də, “təhsil” silahı ilə cəmi 80-90 ilə bitirdilər. 600
illik dövlət tarixə qarışdı…

İndi
başa düşdünüzmü, “İngilis dilli təhsil verdiyi” üçün Böyük Britaniyanın
ali mükafatı ilə ödülləndirilən Fətullah Gülən Məktəbləri Azərbaycandan
niyə vaz keçmir? Məsələ heç də hər kəsin ağlına gələn ilk
versiya-pul-para deyil. Məsələ ölkəni ələ keçirməkdir. Məsələ Gülənin
dediyi kimi 25 il səbr edib, bir nəsil formalaşdırmaqdır. Dövlətin bütün
önəmli nöqtələrinə yerləşdiriləcək “qızıl nəsil”in yetişməsidir əsas
məsələ…

Onun
üçün qapıdan qovulsalar da, pəncərədən daxil olmağı ar bilmirlər. Bu
səbəbdən min bir fırıldaqla, fərqli adlarla da olsa, gəlirlərinin böyük
bir qismini onlara bu yolu açanlara rüşvət olaraq versələr də, yüzdəyüz
ziyanla işləsələr də, vaz keçmirlər.

Heç
kim sual vermir ki, bir neçə il öncəsinə qədər sadəcə bir neçə hazırlıq
kursu olan ölkədə “Araz” bağlandı deyə, göbələk kimi hazırlıq kursları
necə çoxaldı? Və ya “Araz” kursları bağlanmasına nə üçün bu qədər
səssiz-səmirsiz qaldı? Çünki minarəni oğurlayan, bəhanəsini də ona görə,
hazırlayıb.

Biz
sizə açıqlayaq, “Araz” kurslarının taleyi necə oldu. Kursların Bakıdakı
əsas mərkəzinin binasının (A.Salamzadə küç., 28) üzərində bu gün “Bakı
Asiya Universiteti” yazılır. Lakin içəri daxil olduqda, universitetlə
yanaşı “Araz” kurslarının da fəaliyyətini “Ulduz” Hazırlıq Mərkəzi adı
altında davam etdirdiyini görəcəksiniz. İnternet üzərindən isə tapmaq
daha asandır. “Ulduz” Hazırlıq Mərkəzinin Facebook adresində
(https://www.facebook.com/ulduzhazirliqmerkezi/info?tab=page_info)
yazılıb: “2014-cü ildə Bakı şəhərində fəaliyyətə başlamışdır. Hazırlıq
Mərkəzinin məqsədi müxtəlif istiqamətlər üzrə hazırlıq keçmək
istəyənlərə keyfiyyətli tədris vermək, onları düzgün
istiqamətləndirməkdir”. Açması: “Araz” bağlanmadı, adını dəyişdirib,
işimizə davam edirik.

YENİCAG.AZ_ARAZ6Bakıxanovda yerləşən Sabunçu Araz Hazırlıq Kursları “Bakıxanov Hazırlıq Mərkəzi” adı altında fəaliyyətini davam etdirir.

Nərimanov rayonundakı “Araz” isə Zaqatalada yerləşən “Araz” kimi “Modern” Hazırlıq Mərkəzinə çevrilib.

YENİCAG.AZ_ARAZ4

Xətai
rayonundakı “Araz” kursunun adı isə “Tusi” Hazırlık Mərkəzi olub.
Sumqayıt “Araz” kursları isə “Lider” Hazırlıq Mərkəzinə çevrilib.
Beləliklə, “Araz” Kursları Şəkidə Şəki Hazırlıq Mərkəzinə, Gəncədə Kəpəz
Hazırlıq Mərkəzinə, Qazaxda isə “Göyəzən” Hazırlıq Mərkəzinə
çevriliblər.

YENİCAG.AZ_ARAZ2
Bundan
başqa “İstək” liseyi, “Zəka”, “Zəfər” kursları kimi xeyli sayda lisey
və hazırlıq kursları açılıb və onlar görünüşdə Gülən ilə əlaqəli
görünməsə də, hamısı bu Şəbəkəyə bağlıdır. Camaatın idarəetməsini ələ
keçirdiyi “Zirvə” kimi hazırlıq kursları da var.

“İstək”
liseyi bu gün Gülənin “türk özəl liseyləri”ni yenidən bir çatı altında
qurmaq üçün yaradılıb. Məsələn, “Çağ Öyrətim”in direktorunun baş
müşaviri, Azərbaycanın dahi şəxsiyyəti Şah İsmayılı dəfələrlə təhqir
edən Nazim Əkbərov  burada da eyni vəzifədədir. 

ARAZ1Bütün
bu ayrı-ayrı şəxslərin adına qeydiyyatdan keçirilən hazırlıq
mərkəzlərini birləşdirən bir məqam var. Belə ki, adını sadaladığımız
bütün hazırlıq mərkəzlərinin dərslikləri və test mərkəzi bir yerdir:
Güvən Nəşrləri. GÜLƏNə GÜVƏN yani… Sadəcə bir hərf oynamaqla, Ceyhun
Osmanlının, Elnur Aslanovun, İxtiyar Hüseynlinin, Fərhad Məmmədovun
gənclərə verdikləri məşhur mesajları verirlər: Hər şey yaxşı olacaq,
Gülənə GÜVƏNin…YENİCAG.AZ_ARAZMANSET2444

YENİCAG.AZ_ARAZ7Araz
Kurslarının bütün dərs vəsaitləri, hamısının ismi dəyişdirilərək,
“Güvən nəşriyyatı” adı ilə yuxarıda adı çəkilən kursların əsas dərs
vəsaiti kimi istifadə olunur. Yəni, “Araz”ı keçib Azərbaycana gələnlər
hazırda Gülənə GÜVƏNməyimizi istəyir və GÜVƏNdikləri şəxsləri hazırlıq
mərkəzlərinə təyin edərək, yuxarıda qeyd olunan kimi görünüş etibarı ilə
Azərbaycanlı, fəqət ruhu fətullahçı olanlarla işlərinə davam edirlər.

YENİCAG.AZ_ARAZMANSET2Liseylərin
bağlandığını iddia edənlər “Çağ Öyrətim”in prezidenti Ənvər Özərənin
ayrı-ayrı TUSİAB üzvləri ilə görüşərək, guya ingilis dilli pilot məktəb
olan keçmiş “Bakı Özəl Türk Liseyi”nin həyətində tikilən bina üçün para
yardımı istəməsini necə izah edə bilərlər? Bəli! Bu gün həm bu hazırlıq
mərkəzlərinin, həm liseylərin ümumi beyin mərkəzi, yəni “üst ağıl”ı
Xalik və Kənan Məmmədovların Qafqaz Universitetidirsə, bütün maddi
dəstək qaynaqları TUSİAB və İPƏKYOLU çatıları altında toplaşan
fətullahçı şirkətlərdir. Məhz bu səbəbdən də, Ənvər Özərən, Məsut
Kurnaz, Əhməd Sanıc kimi fətullahçılar xırda problemdə belə onların
qapısını döyür, onlardan yardım istəyirlər.    

10943534_10204881084779649_276847572_n10945134_10204881084699647_628494656_nNəticə
etibarı ilə görünən odur ki, Türkiyə Təhsil Nazirliyinin
fətullahçıların tanınmayan isimlərlə fəaliyyətlərini davam etdirmələrini
təsbit etsə də, Azərbaycanda bu sahədə səssizlik mövcuddur. Ortada
təkzibedilməz faktlar olduğu halda nə Təhsil Nazirliyi, nə də digər
qurumlardan mövzu ilə bağlı reaksiya yoxdur. Əcəba, sadəcə Xalik və
Kənan Məmmədovlar və ya Elnur-Ceyhun-İxtiyar qardaşlarımı bu işlərin
arxasındadırlar? Görünən odur ki, ZAMANında Gülənçilərə GÜVƏNənlərin
ABŞ, Türkiyə və Böyük Britaniya səfərləri çox rəngarəng keçdiyindən bu
gün Prezidentə belə bu mövzuda yalan məlumat verilməkdən çəkinmirlər.
Nəticədə Türkiyənin baş nazirinin yataq otağını belə dinləyən bir Şəbəkə
ilə üz-üzə qalıblar və əlləri məhkumdur…

Aqil ƏLƏSGƏR, Yeni Çağ

Short URL: http://www.cumhuriyyet.net/?p=15921

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728