Bakıda 12 yaşlı qız itkin düşüb FOTO

05.01.2021 - 10:24

Bakıda itkin düşən 12 yaşlı qız axtarılır.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, paytaxtın Nizami rayonu ərazisində yaşayan 12 yaşlı Ləman Şahbazova 2021-ci ilin yanvarın 4-də Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşayan nənəsinin evindən dükana getmək adı ilə çıxaraq geri qayıtmayıb.

Evdən çıxarkən əynində göy cins şalvar, qara rəngli idman ayaqqabısı və çəhrayı gödəkçə olub.

“Şəkildə gördüyünüz qızı görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzinə, həmçinin Sabunçu Rayon Polis İdarəsinə (012) 425-02-02 şəhər və (055) 305-10-10 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur”, – Mətbuat xidmətindən bildirilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=159247

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728