Aslan Aslanov Fazil Məmmədovu “vurmaq” istəyib

30.01.2015 - 10:08

“Aslan Aslanovun qardaşı Elsevər Aslanov prokurorun kabinetində
tapançanı Vüqar Əliyevin ağzına dayayaraq ondan tələb edib ki, Ruslanı
Fazil Məmmədovun və Etibar Ocaqquliyevin sifarişilə qətlə yetirdiyini
desin”

 
Şəmkirin keçmiş icra başçısı, kənd təsərrüfatı nazirinin keçmiş müavini
Aslan Aslanov oğlu Ruslan Aslanovun qətlini vergilər naziri Fazil
Məmmədovun üzərinə yıxmaq istəyib. Bu barədə “Azadlıq”a Aslan Aslanovun
oğlunun qətlində təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən
Vüqar Əliyevin xanımı Aynurə Əliyeva bildirib. Aynurə Əliyevanın
sözlərinə görə, Ruslan Aslanov qətlə yetiriləndən sonra Şəmkir
prokurorluğunda Vüqar Əliyevə təzyiq olunub ki, qətlin sifarişçisi kimi
Fazil Məmmədovun və konyak zavodunun direktoru Etibar Ocaqquliyevin
adını çəksin.
“Aslan Aslanovun qardaşı Elsevər Aslanov prokurorun kabinetində
tapançanı Vüqar Əliyevin ağzına dayayaraq ondan tələb edib ki, Ruslanı
Fazil Məmmədovun və Etibar Ocaqquliyevin sifarişilə qətlə yetirdiyini
desin. Amma Vüqar heç kimə qarşı ifadə verməyəcəyini deyib. Bundan sonra
Aslan Aslanov Vüqarın anasını, xalalarını həbs etdirdi”,- deyə Aynurə
Əliyeva deyib. Onun sözlərinə görə, Elsevər Aslanovdan sonra Aslan
Aslanov özü Vüqar Əliyevlə görüşüb: “Vüqar deyib ki, bilirəm Ruslanı sən
öldürməmisən. Oğlunun ruhuna and verib ki, əgər Vüqar Fazil Məmmədovun
adını çəksə onu, anasını və xalalarını dərhal azad etdirəcək. Amma Vüqar
yenə razılaşmayıb. Həmin vaxt Elsevər Aslanov butulka ilə Vüqarın
başına zərbə endirib. Vüqar bir də təcridxanada al qan içində ayılıb.
Vüqara o qədər işgəncə vermişdilər ki, Gəncə türməsi onu qəbul etmirdi”.
Aynurə Əliyeva deyir ki, daha sonra Vüqar Əliyevdən Şəmkirin  polis
rəisinin əməliyyat-axtarış üzrə müavininə qarşı ifadə almağa cəhd
olunub. Amma bu cəhdlər də boşa çıxıb və Vüqar amansız işgəncələrə məruz
qalıb: “Vüqara dəhşətli işgəncə verməklə yanaşı, bütün nəslini həbs
etdilər. Lamiyə Quliyeva, namusuna toxunulmuş bu yetim qız da dəhşətli
işgəncələrə məruz qalıb. Aslan Aslanov məmur olduğundan bütün bunlar
ört-basdır edilib. Iki insanın həyatı bu qəddar məmurun qanunsuz
əməlləri nəticəsində məhv edilib”.
Aynurə Əliyeva ölkə başçısı Ilham Əliyevə müraciət edərək bu məsələni
diqqətdə saxlamasını xahiş edib. “Cənab prezident, dəfələrlə sizə
Lamiyənin və Vüqarın azadlığa çıxması üçün ərizələr yazılıb. Ancaq heç
bir nəticə verməyib. Mən xahiş edirəm ki, bu məsələyə qərəzli
baxılmasın. Yoldaşım artıq 12 ildir ki, heç bir günahı olmadan
həbsxanada çürüyür. Aslan Aslanovun fironluğuna nə vaxt son veriləcək?
Aslanovun kiçik oğlu Turqay Aslanov Ədliyyə Nazirliyində işləyir. O, bu
sistemə məhz Lamiyədən, Vüqardan qisas almaq üçün yerləşdirilib”. Aslan Aslanov bir neçə gün əvvəl mətbuata açıqlamasında oğlunun qətli
məsələsi barədə danışmaq istəmədiyini söyləməsinə baxmayaraq, Aynur
Əliyevanın dedikləri ilə bağlı onun da mövqeyini öyrənməyə cəhd etdik.
Keçmiş icra başçısının əlimizdə olan mobil nömrəsinə zəng etdik. Lakin
telefonu açan şəxs Aslan Aslanov olmadığını bildirdi. Bununla belə
keçmiş icra başçısının və yazıda adı hallanan digər şəxslərin mövqeyini
dərc etməyə hazır olduğumuzu bildiririk.(azadliq.info)
 

Short URL: http://www.cumhuriyyet.net/?p=15929

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930