Heydər Əliyev Fondunun adından dələduzluq edən məmur axtarışa verilib
verilib. Ənvər Mustafayevin axtarışa verilməsi onun Heydər Əliyev Fondunun
adından dələduzluq etməsilə bağlıdır. Məlumatda
deyilir ki, Ənvər Mustafayev türk iş adamlarından birini aldadaraq onun
224 min manat pulunu mənimsəyib. Hadisə 2007-ci ilin dekabr ayının
sonlarında baş verib. Ənvər Mustafayev türk iş adamı Ali Aras Zəkəriyyə
oğlu və onun ortağı Həşimov Yusif Zülfüqar oğlunu inandırıb ki, onları
Heydər Əliyev Fondunun xəttilə Balakən və Zaqatala rayonunda məktəb
tikintisinə cəlb edəcək.
üsulla “Azərbalıq”ın keçmiş prezidenti Xarici Dillər Universitetinin
qarşısında adıçəkilən şəxslərlə görüşüb və onlardan 224 min manat pul
alıb. Bir müddət keçəndən sonra türk iş adamı və ortağı Ənvər
Mustafayevin onları aldatdığını anlayıb. Ali Aras və Yusif Həşimov Ənvər
Mustafayevin dələduzluq əməli barədə ilk olaraq DIN-in Baş Mütəşəkkil
Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə (BMCQMI) müraciət ediblər.
Sözügedən qurum dərhal araşdırmalara başlayıb və fakt təsdiqini tapıb.
Ənvər Mustafayev pulun 50 min dollarını geri qaytarıb. Bundan başqa,
zərərçəkənlərə dəyəri guya 25 min dollar olan qızıl-zinət əşyası təklif
edib. Həmin pul BMCQMI-nin əməkdaşı Canpolad Daanovun iştirakı ilə
qaytarılıb. Pulun qaytarılması barədə qəbz də mövcuddur.
keçmiş prezidenti həmçinin vəd edib ki, məbləğin yerdə qalanını da qısa
müddətdə geri çəkəcək. Lakin vaxt tamam olanda Ənvər Mustafayev vədinə
xilaf çıxıb. Bu halda işin araşdırılması aidiyyəti üzrə Nəsimi Rayon
Polis Idarəsinə göndərilib. Bu barədə BMCQMI-nin rəisi Mirqafar
Seyidovun imzaladığı 30 dekabr 2009-cu il tarixli məktubu mövcuddur.
Nəsimi Rayon Polis Idarəsində faktla bağlı Cinayət Məcəlləsinin
178.3.2-ci maddəsilə cinayət işi başlanıb. Ənvər Mustafayev istintaqa
cəlb edilib. Lakin istintaq zamanı Ali Arasla Yusif Həşimovu aldatdığını
danıb. O, bildirib ki, türk iş adamı və ortağından aldığı pulu Elçin
Əsgərov adlı şəxsə verib. Həmin şəxs isə sonradan bəlli olmayan
səbəblərdən intihar edib. Müstəntiq Valeh Nəbiyev bu faktı əsas
gətirərək 2010-cu il oktyabrın 30-da cinayət işinin icraatını
dayandırıb. Lakin Nəsimi Rayon Prokurorluğu müstəntiqin qərarını ləğv
edərək cinayət işinin istintaqının davam etdirilməsi üçün yenidən Nəsimi
Rayon Polis Idarəsinin istintaq şöbəsinə qaytarıb. 24 dekabr 2010-cu il
tarixdə cinayət işi üzrə icraat təzələnib.
27-də isə Valeh Nəbiyev növbəti dəfə cinayət işinin icraatını
dayandırmaq barədə qərar qəbul edib. Bu dəfə müstəntiqin bu hərəkətindən
məhkəməyə müraciət edilib. Nəsimi Rayon Məhkəməsinin hakimi Azər
Paşayev 11 mart 2011-ci il tarixli qərarı ilə Valeh Nəbiyevin qərarını
ləğv edib. Və martın 30-da 8463 saylı cinayət işi yenidən Valeh Nəbiyev
tərəfindən icraata qəbul edilib. Müstəntiq isə elə həmin gün cinayət
işinin icraatını dayandırıb. Valeh Nəbiyev yenə də əvvəlki qərarını
əsaslandıra bilməyib. Təsəvvür edin, müstəntiq qərarında yazır ki, bu
işlə əlaqədar “Azərcell”, “Bakcell” və “Azərfon”a sorğu göndərilib. Amma
Valeh Nəbiyev niyə bu sorğuların cavabını gözləmədən cinayət işinin
icraatını dayandırmasını izah etmir.
zərərçəkən tərəfin səyləri nəticəsində yenidən cinayət işi başlanıb.
İstintaq yekunlaşandan sonra iş baxılması üçün Bakı Ağır Cinayətlər
Məhkəməsinə göndərilib. Bildirilir ki, hakim İradə Həsənzadənin sədrliyi
ilə keçirilən məhkəmədə prokuror Ənvər Mustafayevə 11 azadlıqdan
məhrumetmə cəzası istəyib. Ənvər Mustafayev barəsində həbs qətimkan
tədbiri seçilmədiyindən onun qaçdığı iddia olunur. Bundan sonra
zərərçəkən tərəf Ənvər Mustafayev barəsində seçilmiş başqa yerə getməmək
haqqında iltizam qismində qətimkan tədbiri həbs qətimkan tədbiri ilə
dəyişdirilməsi barədə vəsatət qaldırıb. Vəsatət təmin olunub və Ənvər
Mustafayev barədə axtarış elan olunub. (istiqlal.az)


Short URL: http://www.cumhuriyyet.net/?p=15930